Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bu ölkə imkan versə, ilin sonunda neftin qiyməti qalxacaq

© AFP 2024 / TOBIAS SCHWARZНефтяной насос в Баку, фото из архива
Нефтяной насос в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
OPEK dünya neft ehtiyatlarının azalmağa başladığını bəyan edib

BAKI, 22 fev — Sputnik. Əldə olunmuş razılıq sayəsində dünyada və inkişaf etmiş ölkələrdə xam neft ehtiyatları aşağı düşməyə başlayıb. Sputnik Azərbaycan İP Week-in saytına istinadla xəbər verir ki, bunu Qətərin energetika naziri Muhammed ben Saleh əs-Səda Londonda keçirilən IP Week konfransının sessiyasında çıxış edərkən bildirib.

2016-cı ilin noyabrında OPEK-in Vyanada keçirilən sammitində 2008-ci ildən sonra ilk dəfə olaraq karteldə neft hasilatını sutkada 32,5 mln. barelə qədər ixtisar etmək barədə razılıq əldə olunub. 

Neft - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Neftin qiyməti ucuzlaşıb

“Bu ilin üçüncü kvartalında ehtiyatlarla bağlı vəziyyət yaxşılaşacaq. ABŞ-da ehtiyatlar artıb, amma qlobal olaraq və inkişaf etməkdə olan ölkələrdə o, aşağı düşməyə başlayıb” – nazir bildirib. 

O qeyd edib ki, hazırda dünyada neftə olan tələbat sürətli şəkildə artıb. “Əgər ötən ilin analoji dövründə tələbat sutkada 1,2 mln. barel idisə, bu il həmin rəqəm 1,4 mln. bareldir. Bu tələbat hələ yüksəlməkdə davam edəcək” — Qətərin enerji naziri bildirib. 

Bir müddət əvvəl əs-Səda bildirmişdi ki, 2017-ci ilin sonlarında neft bazarında vəziyyət OPEK-in atdığı addımlar sayəsində sabitləşəcək. 

Natiq Cəfərli, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Neft hasilatını indiki səviyyədə saxlamaq mümkün olmayacaq

Daha sonra isə o, jurnalistlərə deyib ki, OPEK ölkələri neft hasilatını 94% azaldıb, OPEC üzvü olmayan ölkələrdə isə hasilatdakı ixtisarın həcmi 50% olub.

Əs-Səda ilin sonuna yaxın bazardakı tələbata uyğun olaraq, neftin qiymətlərinin artacağını proqnozlaşdırıb. 

Qətərli nazirin çıxışını şərh edən analitiklər bildiriblər ki, əsas hasilatçılardan biri olan ABŞ-da neft ehtiyatları artdığından, bu, bazardakı ümumi gedişata öz təsirini göstərəcək. Əgər ABŞ bazara təzyiq göstərməsə, neft ixrac edən ölkələr 2017-ci ilin sonundan başlayaraq rahat nəfəs almağa başlayacaqlar. Bu amil 2018-ci ilin fyuçerslərinə öz təsirini göstərəcək.

Xəbər lenti
0