Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Neft hasilatını indiki səviyyədə saxlamaq mümkün olmayacaq

© Photo : N.Cəfərlinin şəxsi arxiviNatiq Cəfərli, iqtisadçı-ekspert
Natiq Cəfərli, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Azərbaycanın hasilatı indiki səviyyədə saxlaması və ya azaltmasının dünya bazarında neftin qiymətinə, yalnız psixoloji təsiri ola bilər"

BAKI, 25 okt — Sputnik. "Mən bu yaxınlarda rəsmi qaydada bildirdim ki, dünyanın neft bazarının tənzimlənməsi, sabitləşdirilməsi və neftin qiymətinin qalxması üçün Azərbaycan öz neft hasilatını və ixracını artırmayacağını birtərəfli qaydada bəyan edir".

Vladimir Putin - Sputnik Azərbaycan
RUSİYA
"Neft hasilatının azaldılması yeganə yoldur"

Prezident İlham Əliyev, Bakıda səfərdə olan Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduro ilə görüşdən sonra keçirilən mətbuat konfransında belə deyib. Azərbaycanın dövlət başçısı hesab edir ki, neft bazarı ancaq bu təqdirdə sabitləşə və neftlə zəngin olan ölkələr artıq öz təbii resurslarına görə ədalətli qiyməti ala bilər.

Bu arada Rusiyanın energetika naziri Aleksandr Novak da neft ixrac edən bir sıra Qərb dövlətlərindən olan həmkarları ilə görüşlər keçirib. "Neftin istehsalnın dondurulması hazırki qısa vaxta hesablanmış addım ola bilər, strateji planda isə qlobal enerji təhlükəsizliyi və enerji təminatı ilə bağlı əməkdaşlıq lazımdır", — nazir Səudiyyə Ərərbistanına səfərindən sonra belə açıqlama verib.

Yaşananları Sputnik-ə dəyərləndirən iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, OPEC ölkələri və Rusiyanın müdaxilələri — müxtəlif bəyanat və görüşləri neftin qiymətinə pozitiv təsir göstərib: "Əlcəzair görüşündən sonra neftin qiyməti 11% artıb. Amma indi ciddi danışıqlar gedir. Burada əsas məsələ hasilatı kimin azaltmasıdır. Bir çox OPEC ölkələri hasilatın dondurulmasına razılıq vermək istəmir".

"Azərbaycan istəsə belə, hasilatı indiki səviyyədə saxlaya bilmir. Daxili problemlər ucbatından, yəni yataqların köhnə olması və çoxdan işlənilməsindən irəli gələrək hasilat azalır. Bu il təqribən gündəlik 20 min barel azalma müşahidə olunur, gələn il isə bu, 40 min barelə qədər arta bilər. Yəni Azərbaycan bu sazişə qoşulsa da, qoşulmasa da, hasilatı bugünkü səviyyədə saxlaya bilməyəcək və biz getdikcə hasilatın azalmasını müşahidə edəcəyik", — deyə o bildirib.

İraq da sutkalıq 32,5-33 milyon barel təşkil edən hasilatını azaltmaq fikrində deyil. Bununla bağlı həlledici qərarın isə OPEC ölkələrinin noyabrın 30-da Vyanada baş tutacaq görüşündə veriləcəyi bildirilir. Rusiyanın energetika naziri Aleksandr Novak deyir ki, Rusiyanın bu təşəbbüsə qoşulması üçün noyabrın 30-na kimi hələ vaxtı var, hazırda isə söhbət ekspertlər səviyyəsində mövqelərin yaxınlaşmasından gedir.

Xəbər lenti
0