BAKI, 22 fev — Sputnik. Dünən hərracda dollar qalxsa da bu gün banklarda ABŞ valyutasının ucuzlaşdığı müşahidə olunur.
Sputnik Azərbaycan "Marja"ya istinadən xəbər verir ki, dolların alış qiymətini Bank of Baku 1.75 manatdan 1.74 manata, satışı isə 1.85 manatdan 1.84 manata, AmrahBank alışı 1.77 manatdan 1.76 manata, satışı 1.8250 manatdan 1.8150 manata, NikoylBank satışı 1.83 manatdan 1.82 manata, Bank Avrasiya satışı 1.83 manatdan 1.82 manata, Azərbaycan Sənaye Bankı alışı 1.79 manatdan 1.77 manata, satışı isə 1.84 manatdan 1.83 manata, AtaBank alışı 1.76 manatdan 1.75 manata, satışı isə 1.84 manatdan 1.83 manata, Unibank satışı 1.8270 manatdan 1.8150 manata endirib.
Xəbər verdiyimiz kimi, 21 fevral 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. Hərracda manatın orta çəkili məzənnəsi 1,7447 səviyyəsində formalaşıb. Bu günə olan rəsmi USD/AZN məzənnəsi 1,7447 səviyyəsindədir.
Bankların qəribə anti-dollar tədbiri
10:38 22.02.2017 (Yenilənib: 20:52 16.11.2021)
© Sputnik / Murad OrujovДоллары США
© Sputnik / Murad Orujov
Abunə olmaq
Dünən hərracda dollar qalxsa da bu gün banklarda ABŞ valyutasının ucuzlaşdığı müşahidə olunur