Ağacan Əbiyev: “Bakıdakı yarışlar göstərəcək ki, İslam ölkəsi digər ölkələrdən geri qalmır”
Bu il Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək.
Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev deyir ki, bu oyunlar İslam dünyasında keçirilən ən böyük idman yarışlarıdır: “40-dan çox ölkənin iştirak edəcəyi oyunlarda bütün olimpiya idman növlərində yarışlar keçiriləcək. Bu oyunlar həm bizim üçün, həm də İslam dünyası üçün çox önəmlidir”.
“İdman yarışlarında yüksək təşkilatçılıq artıq dünyaya Azərbaycan standartını təqdim edib. Belə tədbirlər mədəniyyətimizi, idmanımızı, xalqımızı dünyaya daha yaxşı tanıtdıracaq. Bu yarışlar göstərəcək ki, İslam ölkəsi digər ölkələrdən geri qalmır” — deyə o bildirib.