BAKI, 19 fev — Sputnik. Azərbaycan gimnastı İlya Qrişunin Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda gümüş medal qazanıb. Sputnik Azərbaycan xəbər verir ki, o, batut gimnastikası üzrə fərdi çıxışlarda 59.890 bal toplayaraq ikinci pilləyə yüksəlib.
Rusiyalı gimnast Mixail Melnik 60.535 balla birinci, portuqaliyalı Dioqo Abreu isə 59.085 balla üçüncü olub. Bununla da Bakıda Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışları başa çatıb. Dünya Kubokunda 15 ölkədən 85 gimnast iştirak edib.
Azərbaycan gimnastları yarışları 3 medalla başa vurublar. Mixail Malkin tamblinq cığırında, Svetlana Makştarova və Veronika Zemlyanaya batut üzrə sinxron çıxışlarda, İlya Qrişunin isə batut üzrə fərdi proqramda gümüş medal qazanıblar.