NTV və Sputnik-in "Sən supersən!" birgə layihəsinin iştirakçısı, uşaq evinin yetirməsi Pərvanə Alcanova birinci turda uğurlu çıxışdan sonra öz təəssüratlarını bölüşüb.
"Mən həyəcanın öhdəsindən gələrək, uzun müddət can atdığım nəticəni əldə etdim. Çox xoşbəxtəm" — Pərvanə bildirib.
17 yaşlı Pərvanəni dəstəkləməyə Azərbaycanın Rusiyadakı səfiri, müğənni və bəstəkar Polad Bülbüloğlu da gəlib.
Layihədə Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna və Estoniyadan olan 92 ifaçı iştirak edir.
Azərbaycanı müsabiqədə Bakıdan Pərvanə Alcanova və Gəncədən Xoşqədəm Mehdiyeva təmsil edirlər. İfaçılar NTV-nin ilkin kastinqlərinin gedişində seçiliblər.