Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanlı qız NTV-nin canlı efirində öz ifası ilə hamını heyran edib

Abunə olmaq
Uşaq evində böyümüş 17 yaşlı Pərvanə Alcanova Rusiya-nın NTV kanalının efirində Azərbaycan dilində oxuduğu "Ana" mahnısı ilə könülləri fəth edib. O, yarışın növbəti mərhələsinə vəsiqə qazanıb.

BAKI, 18 fev-Sputnik. Bu gün Rusiyanın NTV kanalı ilə Sputnik İnformasiya Agentliyi və Radiosunun birgə layihəsi olan "Sən supersən" ("Tı super!") beynəlxalq vokal müsabiqəsinin finalı keçirilib. MDB ölkələrindən 92 nəfərin iştirak etdiyi müsabiqədə Azərbaycanı Bakıdan Pərvanə Alcanova təmsil edib.

Pərvanə Alcanova "Ana" mahnısını ifa edib. Onun ifasına heyran olan münsiflərin hamısı yaşıl işıq yandırıblar və auditoriya Pərvanəni hərarətlə alqışlayıb.

Onun ifasından sonra səhnəyə Azərbaycanın Rusiya Federasiyasındakı Fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu dəvət olunub. Aparıcı onu, "əfsanəvi Polad Bülbüloğlu" deyə təqdim edib. Səfir NTV kanalına bu gözəl sosial layihəyə görə təşəkkür edib.

Səfir Pərvanə adının mənasını açıqlayıb və canlı efirdə rus dilində danışa bilməyən Pərvanəyə tərcüməçilik edib. Münsiflər Pərvanə barədə müsbət fikirlərini səsləndiriblər və ona müvafiq tövsiyələrini veriblər.

"Sən çox şanslısan ki, səfir şəxsən sənə tərcüməçilik edir" — deyə aparıcı bildirib. 

Qeyd edək ki, Pərvanə qazandığı səslər sayəsində növbəti mərhələyə vəsiqə qazanıb. 

Xəbər lenti
0