BAKI, 17 fev — Sputnik. Türk ordusu Suriyanın Hələb şəhərinin Əl Bab mahalında 19 PYD terrorçusunu məhv edib. Sputnik Azərbaycan Timeturk-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Bu həftə içində ordumuzun qətiyyətli mübarizəsi sayəsində Əl Bab bölgəsində idarəçilik böyük ölçüdə tərəfimizə keçdi. İŞİD terror təşkilatının müqaviməti tamamilə qırıldı. Şəhər qərbdən, şərqdən və şimaldan mühasirəyə alındı. Cənubdakı Hələb-Münbiç arasındakı əsas yol da dost qüvvələrin nəzarətinə keçdi" — məlumatda bildirilir.
Baş Qərargah daha sonra bildirir: "Bu gün isə Əl Bab istiqamətində aktivləşməyə çalışan PYD terror qruplaşmasının 19 üzvü ordumuz tərəfindən zərərsizləşdirildi".