BAKI, 16 fev — Sputnik. "Gözümüz aydın. Əl-Babda apardığımız əməliyyatlar artıq bitib". Sputnik Azərbaycan "Sözcü" qəzetinə istinadən xəbər verir ki, bunu Qətər səfəri zamanı jurnalistlərlə görüşündə Türkiyənin Baş Qərargah rəisi Hulusi Akar deyib.
"Əl-Babda əməliyyatlar artıq sonlanıb. Şəhərin mərkəzində mülki vətəndaşlar arasında itkinin olmaması üçün həssas davranılır" — deyə o bildirib.