CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dəmir Yolları gücləndirilmiş iş rejiminə keçib

© Sputnik / Murad OrujovБакинский железнодорожный вокзал после реконструкции и модернизации
Бакинский железнодорожный вокзал после реконструкции и модернизации - Sputnik Azərbaycan
Abunə olmaq
Sevinc Qədirova: "Hava şəraiti ilə əlaqədar olaraq sürət həddinin azaldılması səbəbindən qısamüddətli gecikmələr nəzərə alınmasa, qatarların hərəkətində heç bir problem qeydə alnmayıb"

BAKI, 17 fev — Sputnik. Respublika ərazisində müşahidə olunan sərt hava şəraiti ilə əlaqədar  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi  gucləndirilmiş iş rejiminə keçib.

Здание ЗАО Азербайджанские железные дороги в Баку - Sputnik Azərbaycan
HADİSƏ
Dəmir yollarında "pul silinməsi" faktı üzə çıxdı

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, hava şəraiti ilə əlaqədar olaraq sürət həddinin azaldılması səbəbindən qısamüddətli gecikmələr nəzərə alınmasa, qatarların hərəkətində heç bir problem qeydə alnmayıb: “Bu günlərdə sərnişinlər dəmir yolundan istifadəyə üstünlük verirlər. Bununla bağlı gün ərzində ölkədaxili işləyən sərnişin qatarlarında 1000 nəfərdən çox artım müşahidə olunur. Sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin edilir”.

S. Qədirovanın bildirdiyinə görə, Bakı-Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarının hərəkətində də heç bir gecikmə baş verməyib, sərnişinlərin və hərəkət tərkiblərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilir: “İnfrastruktur Departamentinin kollektivi tərəfindən dəmir yolunun üst quruluşu elementlərinə — yəni rels bərkidicilərinə, relslər arasındakı məsamələrə gün ərzində bir neçə dəfə baxış keçirilir, qartəmizləyən texnikalar saz vəziyyətə gətirilir. Sərnişin daşımaları Departamenti də bir sıra vacib məqamlara diqqəti artırıb. Belə ki, reysə çıxmazdan əvvəl sərnişin vaqonlarının istilik sistemi bir daha yoxlanılır. Eyni zamanda vağzallardakı gözləmə zallarında istilik sisteminin, kondisionerlərin normal işləməsi diqqətdə saxlanılır”. 

Xəbər lenti
0