Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Dəmir yollarında "pul silinməsi" faktı üzə çıxdı

© Sputnik / Murad OrujovЗдание ЗАО "Азербайджанские железные дороги" в Баку
Здание ЗАО Азербайджанские железные дороги в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Dörd tibb müəssisəsində artıq əmək haqqı ödənildiyi aşkarlanıb

BAKI, 14 dek — Sputnik. Hesablama Palatasının Kollegiyası dövlət büdcəsindən "Azərbaycan Dəmir Yolları" QSC-nin Həkim-Sanitar Xidmətinə və onun tabeliyində olan tibb müəssisələrinə 2014-2015-ci illərdə və 2016-cı ilin yanvar-iyun aylarında ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib. Palatadan Sputnik-ə bildiriblər ki, audit tədbiri "Azərbaycan Dəmir Yolları" QSC-nin Həkim-Sanitar Xidməti və onun tabeliyində olan Bakı Dəmir Yol Xəstəxanası, Mərkəzi Dəmir Yol Xəstəxanası, Yol Gigiyena və Epidemiologiya Mərkəzi, Yol Sanitar-Karantin Müfəttişliyi və Taun Əleyhinə Stansiyasında aparılmaqla ümumilikdə 21243,1 min manat məbləğində vəsaiti əhatə edib.

Zaqatala rayonu - Sputnik Azərbaycan
HADİSƏ
Daha bir icra hakimiyyətində nöqsanlar aşkarlandı

"Azərbaycan Dəmir Yolları" QSC-nin Həkim-Sanitar Xidmətinin tabeliyində olan Bakı Dəmir yol Xəstəxanasında mövcud ştatların 2014-cü ildə 6,2%-i və ya 42 vahidi, 2015-ci ildə 6,4%-i və ya 43 vahidi, 2016-cı ildə isə 5,2%-i və ya 34 vahidi vakant olmuş, müalicə alan xəstələrin sayı auditllə əhatə olunan illər üzrə müvafiq olaraq 1884 nəfər, 2246 nəfər və 1066 nəfər olmuş və eyni zamanda çarpayıların işlədiyi günlərin sayı 2014-cü ildə 77 gün, 2015-ci ildə 92 gün, 2016-cı ilin altı ayında 45 gün, çarpayı günlərinin icra göstəriciləri proqnozlaşdırılmış çarpayı günlərinə görə isə müvafiq olaraq 41,3%,79,2% və 77,6% təşkil edib.

Mərkəzi Dəmir yol Xəstəxanasında isə təsdiq olunmuş ştatların 2014-cü ildə 10,1%-i və ya 70,0 vahidi, 2015-ci ildə 12,3%-i və ya 84,0 vahidi, 2016-cı ildə 11,8%-i və ya 78,0 vahidi vakant olub, xəstəxanada müalicə alan xəstələrin sayı 2014-cü ildə 4706 nəfər, 2015-ci ildə 4127 nəfər, 2016-cı ilin altı ayında 1889 nəfər olmuş, çarpayıların işlədiyi günlərin sayı 2014-cü ildə 117 gün, 2015-ci ildə 107 gün, 2016-cı ilin altı ayında 54 gün, çarpayı günlərinin icra göstəriciləri proqnozlaşdırılmış çarpayı günlərinə görə müvafiq olaraq 67,8%,61,7%,60,4% təşkil edib. Xəstəxanalar üzrə çarpayı günlərinin icra faizinin aşağı olmasına baxmayaraq 1 çarpayı gününə sərf olunmuş faktiki xərcin məbləği 1 çarpayı günü üzrə proqnozlaşdırılmış xərcin məbləğindən çox olub.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Həkim-Sanitar Xidməti və onun tabeliyində olan tibb müəssisələri tərəfindən auditlə əhatə olunan illərdə büdcə vəsaitləri üzrə proqnozlar tərtib edilərkən tibb müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilmədiyindən, eləcə də əvvəlki illərin icra göstəriciləri nəzərə alınmadığından, 2014-2015-ci illərdə xərc maddələri üzrə ümumilikdə açılmış maliyyələşmənin 4,9%-i istifadə edilməyərək büdcəyə köçürülüb, həmçinin bəzi hallarda nəzərdə tutulmuş vəsaitin təyinatı dəyişdirilərək xərc edilib. Həkim-Sanitar Xidmətin tabeliyində olan tibb müəssisələri tərəfindən qeyri-dəmiryolçulara göstərilən pullu tibbi xidmət üzrə daxil olan büdcədənkənar vəsaitlər üzrə daxilolmaların icra faizi aşağı olmuş (məsələn, Yol Gigiyena və Epidemiologiya Mərkəzi üzrə 2014 və 2015-ci illərdə 54,9%, 2016-ci ilin 6 ayında 15,8%), bəzi hallarda isə göstərilən pullu tibbi xidmətə görə ödənilən vəsaitin büdcədənkənar xəzinə hesaba köçürülməsi təmin edilməyib.

Auditlə əhatə olunan dövrdə əmək haqqının hesablanması və eyni zamanda ödəniş dərəcələrinin düzgün tarifləşdirilməməsi nəticəsində 4 tibb müəssisəsində ümumilikdə 19 halda artıq əmək haqqı ödənilmiş, həmçinin "Elmi nailiyyətlərin və qabaqcıl iş üsullarının tətbiqinə, əməkdə yüksək nəticələrinə" adı ilə əlavə əmək haqqı ödənilməsi hallarına yol verilib. Həmçinin, nəqliyyat vasitələri üzrə artıq yanacaq və ehtiyat hissələrin istifadə edilməsi, funksional fəaliyyətinə aid olmadığı halda bayram tədbirlərinə vəsaitin xərc edilməsi, vaxtından əvvəl inventar və avadanlıqların uçotdan silinməsi, imtiyazlı xəstələrə dərman, sarğı ləvazimatları və materiallarının paylanması zamanı mövcud normativ aktların tələblərinə tam əməl edilməməsi, artıq ərzaq və dərman silgisinə yol verilməsi hallarına yol verilib.

Təmir-tikinti işlərinin aparılması zamanı işlərin dəyərinin artırılması hesabına artıq büdcə vəsaiti ödənilmiş və təlimatın tələblərinə əməl edilməyərək sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmirinə sərf olunmuş vəsaitlər uçota alınmadan xərcə silinib. Auditlə əhatə olunan dövrdə tibb müəssisələri tərəfindən ümumilikdə 77 satınalma proseduru keçirilib və müqavilələr bağlanıb, malların (işlərin və xidmətlərin) satın alınması zamanı qanunvericilik aktlarının tələblərinə bəzi hallarda əməl edilməyib, satın alınacaq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti müəyyən olunmadan bəzi mallar bazar qiymətindən baha alınıb və müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan satınalınan malların həcmi və vahidinin qiymətinin dəyişdirildiyindən əlavə xərclərə yol verilib.

Hesablama Palatasının Kollegiyası "Azərbaycan Dəmir Yolları" QSC-nin Həkim-Sanitar Xidməti və onun tabeliyində olan tibb müəssisələri tərəfindən yol verilmiş nöqsanların əksər hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib, auditlə müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırmaqla nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə "Azərbaycan Dəmir Yolları" QSC-nə və Həkim-Sanitar Xidmətinə kollegiya qərarının surətinin göndərilməsi qərara alınıb. Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilib.

Xəbər lenti
0