Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

© Official website of President of Azerbaijan Republicİlham Əliyevin Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviçlə görüşü
İlham Əliyevin Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviçlə görüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət edib

BAKI, 17 fev — Sputnik. Münhendə Azərbaycan prezidenti İlham Əliyevin və Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviçin görüşü olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, Kolinda Qrabar-Kitaroviç Azərbaycana rəsmi səfərini məmnunluq hissi ilə xatırlayıb, keçirilən görüşlərdə səmərəli fikir mübadiləsinin aparıldığını vurğulayıb.

Səfər çərçivəsində keçirilən Azərbaycan-Xorvatiya biznes forumunun ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi işinə xidmət etdiyini deyən Xorvatiya prezidenti hökumətlərarası komissiyanın iqtisadi əməkdaşlığımızı daha da genişləndirəcəyini diqqətə çatdırıb. Xorvatiyanın enerji sahəsi ilə yanaşı, qeyri-neft sektoru, o cümlədən informasiya texnologiyaları, gəmiqayırma, kənd təsərrüfatı, nəqliyyat, infrastruktur və digər sahələrdə də Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu deyən Kolinda Qrabar-Kitaroviç ölkəsinin həyata keçirdiyi enerji layihələrində Azərbaycan ilə əməkdaşlığa maraq göstərdiyini vurğulayıb. 

İlham Əliyev Münxendə MAN SE şirkətinin baş icraçı direktoru ilə görüşüb - Sputnik Azərbaycan
İlham Əliyev Yoaxim Dris ilə görüşüb

Kolinda Qrabar-Kitaroviç prezident İlham Əliyevin Avropa İttifaqına səfərinin uğurlu keçdiyini bildirib, Azərbaycanın Avropa İttifaqı ilə yeni sənəd üzərində işlədiyini deyib, bu prosesin Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrin daha da inkişafına xidmət edəcəyini bildirib. Xorvatiya prezidenti İ. Əliyevi ölkəsinə səfərə dəvət edib.

Prezident İlham Əliyev Azərbaycan-Xorvatiya əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. Azərbaycan prezidenti hökumətlərarası komissiyanın öz işini praktiki məsələlər üzərində cəmləşdirməsinin vacibliyini vurğulayıb. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mühüm roluna toxunan dövlət başçısı ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğu layihələrdə Xorvatiyanın da iştirak edə biləcəyini diqqətə çatdırıb. 

Президент Ильхам Алиев и первая леди Мехрибан Алиева в международном аэропорту Мюнхена - Sputnik Azərbaycan
Prezident İlham Əliyev Almaniyada səfərdədir

Avropa İttifaqı ilə əlaqələrdən danışan Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Avropa Komissiyası ilə fəal əməkdaşlıq edir. Azərbaycan prezidenti ikitərəfli əlaqələrimizin həm də Avropa İttifaqı-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Dövlət başçısı Azərbaycanın Avropa İttifaqı ilə siyasi dialoq, təhlükəsizlik, texnologiyalar, enerji, multikulturalizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi niyyətində olduğunu deyib.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunulub. Xorvatiya prezidenti münaqişənin həllində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bir daha vurğulayıb.

Xəbər lenti
0