BAKI, 16 fev — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 53-cü Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün fevralın 16-da Almaniya Federativ Respublikasına işgüzar səfərə gedib.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, Münhenin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı rəsmi şəxslər qarşılayıblar.