Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Əfsanəvi Maradona ailəsinin gözü önündə...

© AP Photo / Sergei GritsDiego Armando Maradona
Diego Armando Maradona - Sputnik Azərbaycan
Abunə olmaq
"Əgər mikrofona yox, sənə vursam, parçalayardım, burnun yerində durmazdı"

BAKI, 16 fev — Sputnik. Dünyanın gəlib-keçmiş ən güclü futbolçularından sayılan Dieqo Armando Maradona Madriddə ispaniyalı jurnalistlə mübahisə edib. UEFA Çempionlar Liqasının 1/8 turu çərçivəsində Real Madrid — Napoli oyununu izləmək üçün Madridə gələn Maradona, jurnalistlərin onu izləmələrinə bərk qəzəblənib. Sputnik Azərbaycan bu barədə Mirror-a istinadən xəbər verir.

TI AMO AMORE MÍO ❤️️😎 #relax #spa #gym #despuesdelgym

Публикация от ROCIO OLIVA (@rocio_g_oliva) Фев 13 2017 в 2:09 PST

Oyundan 1 gün əvvəl ailəsi ilə qaldığı hotelin restoranında şam yeməyinə hazırlaşdığı sırada ispan jurnalist ona yaxınlaşaraq Real — Napoli oyunu haqda sual verib. Suala qəzəblənən Maradona, "İmkan verin yemək yeyim. Əgər otaq nömrən yoxdursa, bu otelə girə bilməzsən. Sizin burada otağınız yoxdur, dərhal hoteli tərk edin" deyib.

Maradonanın mikrofona yumruq vurduğuna narazılıq edən jurnalistə, argentinalı əfsanənin cavabı daha da sərt olub: "Əgər mikrofona yox, sənə vursam, parçalayardım, burnun yerində durmazdı".

Xəbər lenti
0