Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İdmanımızın İslamiada perspektivləri

Abunə olmaq
Ekspertlər İslam Həmrəyliyi Oyunlarının qazandıracağı dividendləri müzakirə edəcəklər

22 fevral saat 12:00-da "Azərbaycan idmanının İslamiada perspektivləri" mövzusunda mətbuat konfransı keçiriləcək. Tədbir çərçivəsində Azərbaycanın idman nailiyyətlərindən bəhs edən "SportTime" jurnalının 2016-cı ilin yekunlarına həsr olunmuş nömrəsinin təqdimatı keçiriləcək.

Tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının birinci vitse-prezidenti, Milli Məclisin deputatı Ağacan Əbiyev iştirak edəcək. Burada Azərbaycanın idman ictimaiyyətinin görkəmli nümayəndələrinin, idman sahəsinin ekspertlərinin iştirakı da gözlənilir.

Əlaqələr:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə ünvanında keçiriləcək.

Xəbər lenti
0