CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

1087 nəfər sosial xidmət müəssisələrində yaşayır

© Photo : TREND IASosial xidmət müəssisələrindən biində bayram şənliyi, arxiv şəkli
Sosial xidmət müəssisələrindən biində bayram şənliyi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Həmin insanlardan 321 nəfəri sağlamlıq imkanları məhdud uşaqlardır

BAKI, 16 fev — Sputnik. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, 1087 nəfər sosial xidmət müəssisələrində daimi dövlət təminatında yaşayır. 

Həmin insanlardan 321 nəfəri sağlamlıq imkanları məhdud uşaqlardır. Həmin uşaqlar nazirliyin 1 və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Sosial xidmət müəssisələrində yaşayan şəxslərdən 526 nəfəri isə ruhi-əsəb əlili olmaqla nazirliyin psixonevroloji sosial xidmət müəssisələrində stasionar şəraitdə sosial xidmətlərlə təmin olunurlar. Qalan şəxslər isə nazirliyin  Müharibə və əmək əlilləri üçün pansionatında yaşayırlar. 

Prezident İlham Əliyev Zərdab Rayon Mərkəzi Xəstəxanasının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə - Sputnik Azərbaycan
CƏMİYYƏT
Əlillər üçün sosial reabilitasiya mərkəzləri açıldı

Azərbaycan Prezidenti İlham Əliyevin sosial sahəyə diqqət və qayğısının daha bir əyani təzahürü kimi, son illərdə sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şəraitin yaradılması üçün əsaslı təmir və yenidənqurma işləri aparılıb. Eləcə də  Müharibə və əmək əlilləri üçün pansionatı üçün yeni korpus tikilərək istifadəyə verilib. Həmçinin Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılıb. 

Sosial xidmət müəssisələrində yaşayan şəxslərin doğma ailə mühitinə qayıtmaları yönündə də müvafiq tədbirlər həyata keçirilir. Bu sahədə tədbirlərin davamı olaraq, keçən il bu müəssisələrdən 42 nəfər şəxsin doğma ailə mühitinə qayıtmaları təmin olunub. 

Xəbər lenti
0