CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əlillər üçün sosial reabilitasiya mərkəzləri açıldı

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Zərdab Rayon Mərkəzi Xəstəxanasının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə
Prezident İlham Əliyev Zərdab Rayon Mərkəzi Xəstəxanasının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev Zabrat qəsəbəsində əlillər üçün sosial reabilitasiya mərkəzlərinin və sığınacaqların açılışında iştirak edib

BAKI, 29 dek — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabunçu rayonunun Zabrat qəsəbəsində inşa olunmuş yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün sosial reabilitasiya mərkəzinin, 18 yaşdan yuxarı şəxslər üçün sosial sığınacağın, həmçinin yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacaq və reabilitasiya mərkəzinin açılışı olub.

Sputnik dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, qızları Leyla və Arzu da açılışda iştirak ediblər. Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya kompleksdə yaradılan şərait barədə məlumat verib. Azərbaycan Prezidenti və ailə üzvləri kompleksdə yaradılan şəraitlə tanış olublar.

Xəbər lenti
0