BAKI, 14 fev — Sputnik. "Kayserispor"a məğlubiyyətindən sonra Türkiyənin "Galatasaray" futbol klubunun rəhbərliyi hazırkı məşqçi Jan Olde Raykerinq ilə yolları ayırmaq qərarına gəlib. Sputnik Azərbaycan Milliyet-ə istinadən xəbər verir ki, komandanın başına gətiriləcək şəxsin adı da artıq bəlli olub.
Bu, xorvat əsilli baş məşqçi İqor Tudordur. Klub rəhbərliyinin keçirdiyi iclasdan mətbuata sızan məlumata görə, əgər Tudorla razılıq əldə olunmasa, komandanın başına "Galatasaray"ın keçmiş futbolçusu Hasan Şaş gətiriləcək.