Jurnalistlərin nəzərinə! Fevralın 15-i saat 16:00-da Sputnik Azərbaycan-ın Beynəlxalq Multimedia Mərkəzində "Formula 1 yarışlarının qəbulunun ölkə üçün sosial-iqtisadi faydaları" mövzusunda Bakı-Moskva-Astana-Tbilisi video-körpüsü olacaq.
Bu il Bakıda keçiriləcək "Formula 1" yarışı daha əvvəl elan olunmuş təqvimdən bir həftə sonraya — 23-25 iyun tarixlərinə təyin edilib. Təqvim, digər beynəlxalq avtomobil yarışı olan "24 saat Le Man" marafonu ilə üst-üstə düşməməsi üçün dəyişdirilib.
8-ci mərhələnin adı Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən dəyişdirilib. Əvvəl bu mərhələ "Formula 1" Avropa Qran-Prisi adlanırdı, indi isə "Formula 1" Azərbaycan Qran-Prisidir.
Yarışla bağlı yeniliklər, həmçinin onun ölkələrin sosial-iqtisadi həyatına təsiri ilə bağlı bu şəxslər danışacaqlar:
Bakıda Arif Rəhimov — "Formula 1" Azərbaycan Qran-Prisinin promouteri; Sergey Vorobyov — "Formula 1" Rusiya Qran-Prisinin promouteri; Faez Rəmzi Faez — Bəhreyn Beynəlxalq Avtodromunun əməliyyat direktoru; Riçard Kreqan — "Formula 1"-in beynəlxalq məsləhətçisi.
Moskva, Astana və Tbilisidə isə Bakı yarışlarının təşkilatçıları ilə əlaqələri olan idman şərhçilərinin və ekspertlərin iştirakı gözlənilir.
Əlaqə üçün
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə ünvanında keçiriləcək.