Dollar bahalaşır, satış dayandı

© Sputnik / Murad OrujovDollar
Dollar - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ valyutasının alış-satış qiymətləri dəyişib, əsas banklardan biri satışı dayandırıb

BAKI, 14 fev — Sputnik. Bu gün səhərdən etibarən bir sıra banklarda dolların bahalaşdığı müşahidə olunur. "Marja" xəbər verir ki, dünən iş gününün sonuna yaxın 1 dolları 1.70 manata alan, 1.76 manata satan Kapital Bank, bu gün səhər 1 dolları 1.72 manata alıb, 1.7800 manat satır.

Dollar - Sputnik Azərbaycan
Dollar bahalaşmağa başladı

Kapital Bank valyuta bazarında əsas oyunçulardan biridir. Bundan başqa, NikoylBank Dolların alış qiymətini 1.67 manatdan 1.68 manata, satışını isə 1.77 manatdan 1.78 manata qaldırıb. TuranBank dolların alış qiymətini 1.65 manatdan 1.67 manata qaldırıb, satış qiymətini isə dəyişməyib. Azərbaycan Sənaye Bankı dolların alışını 1.65 manatdan 1.70 manata, satışını isə dəyişməyərək 1.8420 manatda saxlayıb.

Fins.az-ın verdiyi xəbərə görə isə, bu gündən etibarən Azərbaycanın aparıcı banklarından biri dollar satmaqdan imtina edib. Söhbət "Bank Respublika"dan gedir. Qeyd edək ki, bu günədək "Bank Respublika" bir müştəriyə 100 min dollar satırdı. Bankdan verilən cavaba görə, dollar satışının dayandırılması bank rəhbərliyinin qərarıdır.

Xəbər lenti
0