BAKI, 13 fev — Sputnik. Mərkəzi Bankın manatı bahaşdırmaqda davam etməsi "qara bazar"da da dolların xeyli ucuzlaşdırıb. Bununla belə, bu gün səhər saatlarında "qara bazar"da ABŞ valyutası bahalaşıb. Belə ki, fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, fevral ayının 13-ü səhər saatlarında dollar alışı 1.67 manatdan 1.72 manata, satışı isə 1.72 manatdan 1.75 manata qədər qalxıb.
Qeyd edək ki, ötən fevral ayının 10-u ilə müqayisədə dolların "qara bazar"da alqı-satqısı 1,7-2,9% bahalaşıb.