Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Dünyaca məşhur müğənnidən hamını şoka salan addım

© REUTERS / Lucy Nicholson59-cu Qremmi Mükafatları – Adel
59-cu Qremmi Mükafatları – Adel - Sputnik Azərbaycan
Abunə olmaq
Adel layiq görüldüyü Grammy-ni iki yerə bölərək yarısını Beyonsa verdi

BAKI, 13 fev — Sputnik. Musiqi dünyasının ən önəmli hadisələrindən biri olan Qremmi (Grammy) mükafatları ABŞ-ın Los-Anceles şəhərində biri digərindən məşhur olan şəxslərin yer aldığı səhnədə sahiblərinə təqdim olunub. “Staples Center”də keçirilən təqdimat mərasiminə 5 nominasiyada mükafat qazanan 28 yaşlı ingilis müğənni Adel (Adele) damgasını vurub.

Adel, “25” adlı albomu ilə “İlin Albomu” və “Hello” adlı parçası ilə də “İlin mahnısı” mükafatına layiq görülüb. 

Mərasimdə səhnəyə çıxan Adel, ötən ilin dekabrında həyatını itirən ingilis müğənni Corc Mayklın (George Michael) xatirəsinə “Fast Love” mahnısını oxuyub. 

Mükafatını iki yerə bölüb yarısını Beyonsa verdi

Çıxışı zamanı “İlin albomu” nominasiyasının digər namizədi, “Lemonade” albomunun sahibi Beyonsa (Beyonce) xitab edən Adel göz yaşları içində deyib: “Bu mükafatı qəbul edə bilmərəm. “Lemonade” albomu möhtəşəmdir, Beyons, çox möhtəşəm. O, yaxşı düşünülmüş, gözəl və ruh daşıyan bir albomdur. Bunu təqdir edirik. Biz, bütün sənətçilər sənə heyranıq. Sən bizim işığımızsan!”

​Bu çıxışı dinləyən Beyons da göz yaşlarını saxlaya bilməyib. Və bu zaman Adel mükafatı iki yerə bölərək birini Beyonsa verib.

CBS televiziya kanalı ilə yayınlanan 59-cu Grammy mükafatları mərasimini “The Late Late Show”un aparıcısı, ingilis kino aktyoru Ceyms Korden (James Corden) aparıb. Gecədə reper Chance The Rapper (Çanselor Conatan Bennett — amerikalı hip-hop ifaçısı bu psevdonimlə çıxış edir) ilk Grammy mükafatını qazanıb. 23 yaşlı çikaqolu musiqiçi “Ən yaxşı sənətçi” mükafatı da daxil olmaqla 3 nominasiyanın qalibi olub. 

​2016-cı ilin yanvarında vəfat edən Devid Boui (David Bowie) də “Ən yaxşı rok müğənnisi” və “Ən yaxşı alternativ musiqi albomu” mükafatlarına layiq görülüb. 

2016-cı ildə ölən Prinsin (Prince) də xatırlandığı gecədə ikinci dəfə ana olmağa hazırlaşan Beyons “Lemonade” albomundan “Love Drought” və “Sandcastles” parçalarını oxuyub. Keti Perri, Metallika, Con Leqend, Ledi Qaqa, Alisia Keys, Keit Urban, the Weekend, Daft Punk və Bruno Mars da mərasimdə səhnəyə çıxıblar. 

Trampı da mesajsız buraxmadılar

Məşhur müğənni Cenifer Lopez, Nobel Ədəbiyyat Mükafatının sahibi, Amerikalı qaradərili qadın yazıçı, professor Toni Morrisonun “Ümidsizliyə qapılmağa vaxt yoxdur, özünə acımağa yer yoxdur, səssizliyə gərək yoxdur, qorxuya yer yoxdur” sözlərini dilə gətirərək prezident Donald Trampa siyasi mesaj verib.

Ağ libası və üzərində “İsrar” yazılı parıltılı bir qolbağı ilə səhnəyə çıxaraq yeni mahnısı “Chained to the Rhythm”i səsləndirən Keti Perri də Tramp əleyhinə aksiyalarda istifadə olunan “Nifrətə yox” şüarını yeniləyib. 

Şahin Növrəsli - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanlı musiqiçi ABŞ-da konsert verəcək

59-cu Grammy mükafatını qazananların siyahısı belədir:

İlin albomu: Adel — “25”

İlin mahnısı: Adel — “Hello” 

Ən yaxşı yeni sənətçi: Chance The Rapper

Ən yaxşı rep albomu: Chance The Rapper — “Coloring Book” 

Ən yaxşı rep mahnısı: Drake — “Hotline Bling”

Ən yaxşı çağdaş urban albomu: Beyons — “Lemonade” 

Ən yaxşı Pop Solo Performansı: Adel — “Hello”

Ən yaxşı R&B albomu: Lalah Hathaway — “Lalah Hathaway”

Ən yaxşı R&B mahnısı: Maxwell — “Lake by the Ocean” 

Ən yaxşı R&B Performansı: Solange — “Cranes In the Sky”

Ən yaxşı Pop Vokal Albomu: Adel — “25”

Ən yaxşı Rok Albomu: Cage The Elephant — “Tell Me I'm Pretty” 

Ən yaxşı rok mahnısı: David Bowie — “Blackstar” 

Ən yaxşı musiqi videosu: Beyons — “Formation”

Ən yaxşı pop cütlüyü/qrup performansı: Twenty One Pilots — “Stressed Out” 

Ən yaxşı Country Solo performansı: Maren Morris — “My Church” 

Ən yaxşı alternativ musiqi albomu: David Bowie — “Blackstar”

Xəbər lenti
0