Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı musiqiçi ABŞ-da konsert verəcək

© AZƏRTACŞahin Növrəsli
Şahin Növrəsli - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Şahin Növrəsli Azərbaycan muğamının melodiyaları ilə ənənəvi caz ritmlərini sintez edərək öz musiqisində Şərq və Qərb mədəniyyətlərini birləşdirir

BAKI, 12 fev — Sputnik. Cazmen, Azərbaycanın Əməkdar artisti Şahin Növrəsli may ayında ABŞ-da konsert proqramları ilə çıxış edəcək.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla bildirir ki, Şahin Növrəsli mayın 13-də Pitsburqun “Manchester Craftsman Guild” məkanında, mayın 15-də isə Vaşinqtondakı “Blues Alley” klubunda konsert proqramları ilə çıxış edəcək.

Şahin Növrəsli Azərbaycan muğamının melodiyaları ilə ənənəvi caz ritmlərini sintez edərək öz musiqisində Şərq və Qərb mədəniyyətlərini birləşdirir. O, Keni Viler, Uday Mazumdar, Alison Miler, Neytn Pek, Aleks Pek və digər tanınmış musiqiçilərlə birlikdə çıxış edib, albomlar yazdırıb. Cazmenin “Emanation” adlı yeni albomu tezliklə təqdim ediləcək.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала