Türkmənistan tarixində analoqu olmayan prezident seçkiləri keçirilir

© Sputnik / Alexadr Yuriyev / Mediabanka keçidВиды Ашхабада - столицы Туркменистана, архивное фото
Виды Ашхабада - столицы Туркменистана, архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Seçkinin favoriti respublikanın hazırkı prezidenti Qurbanqulu Berdımuhəmmədov hesab olunur

BAKI, 12 fev — Sputnik. Bu gün Türkmənistanda prezident seçkiləri keçirilir. Ölkə üzrə 2578 seçki məntəqəsində səsvermə prosesi davam edir. Daha 39 məntəqə isə Türkmənistanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində fəaliyyət göstərir.

Sputnik Tacikistan xəbər verir ki, yerli vaxtla səhər saat 7-də başlayan səsvermə prosesi saat 19-a qədər davam edəcək. Artıq seçki məntəqələrində seçicilərin 51,45 faizi səsvermə hüququndan istifadə edib.

MDB hökumət başçılarının iclası - Sputnik Azərbaycan
Türkmənistan prezidenti MDB sammitini baykot edib

Bu dəfə dövlət başçısı 7 il müddətinə seçilir. Prezident vəzifəsinə 9 namizəd qeydə alınıb. Onlardan üçünün namizədliyi Türkmənistanın tarixində ilk dəfə olaraq, siyasi partiyalar tərəfindən irəli sürülüb.

Türkmənistan Demokratik Partiyasının namizədi hazırkı prezident Qurbanqulu Berdımuhəmmədovdur.

Ekspertlər hesab edirlər ki, Türkmənistanda prezidentlik postu uğrunda əsas mübarizə hazırkı prezident Berdımuhəmmədovla Sənayeçilər və Sahibkarlar Partiyasının üzvü, "Rısqal" aksioner-kommersiya bankının idarə heyətinin sədri Bekmırat Atalıyev və Aqrar Partiyanın Marı vilayət komitəsinin sədri Durdıqılıç Orazov arasında gedəcək.

Seçkinin favoriti, sözsüz ki, respublikanın hazırkı prezidenti hesab olunur.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun nümayəndə heyəti, MDB-nin müşahidə missiyasının üzvləri, o cümlədən digər beynəlxalq müşahidəçilər məntəqələrdə səsvermənin gedişini izləyirlər.

Xəbər lenti
0