"Lapşinlə bağlı qanun çərçivəsində tədbir görmüşük"

© Photo : REPORTPrezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov
Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov - Sputnik Azərbaycan
Abunə olmaq
Çingiz Əsgərov: "Bundan sonra Azərbaycan torpaqlarına qanunsuz səfər edənlər məsuliyyəti dərk edəcəklər"

BAKI, 10 fev — Sputnik. "Bəzən deyirlər ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş Rusiya və İsrail vətəndaşı, bloqçu Aleksandr Lapşinin Azərbaycana gətirilməsi o qədər də əhəmiyyətli deyil. Bu, yanlış yanaşmadır".

Milli Məclis - Sputnik Azərbaycan
QARABAĞ
Xocalı soyqırımı ilə bağlı qanun layihəsi təqdim olunub

Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov, bu gün Milli Məclisdə "Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Çingiz Əsgərov bildirib ki, Azərbaycanın gördüyü tədbir qanun çərçivəsindədir: "Bundan sonra Azərbaycan torpaqlarına qanunsuz səfər edənlər məsuliyyəti dərk edəcəklər. Bu istiqamətdə tədbirlərimiz davam edəcək".

Xəbər lenti
0