QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Xocalı soyqırımı ilə bağlı qanun layihəsi təqdim olunub

Abunə olmaq
Bahar Muradova: "10 ölkə Xocalı soyqırımını tanıyıb, BMT-nin 4 qətnaməsi var. Amma bütün bunlar Ermənistanı öz təcavüzkar siyasətindən çəkindirməyə bilməyib".

BAKI, 10 fev — Sputnik. Bu gün Milli Məclisdə "Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında" qanun layihəsinin təqdimatı keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, təqdimat mərasimində Milli Məclis sədrinin müavini Bahar Muradova çıxış edərək hələ də ermənilərin Azərbaycan torpaqlarını işğal altında saxladığını deyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
Prezident Xocalı soyqırımı ilə bağlı sərəncam verdi

"Zaman-zaman ərazilərimizi itirmişik, vətəndaşlarımız qırğınlara məruz qalıb, mədəniyyət abidələrimiz darmadağın edilib. Azərbaycana qarşı törədilən cinayətlərə hüquqi qiymət verilməsi və cinayətkarların cəzalandırılması ilə bağlı işlər aparıb. Ulu öndər Heydər Əliyev Azərbaycan mövqeyinin dünya ictimaiyyətinə çatıdırılmasında mühüm işlər görüb. Bu hadisələrə dünya səviyyəsində ilkin münasibət yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdandan sonra verilib, BMT-yə müraciət edilib, çoxsaylı cinayət işləri qaldırılıb" — vitse-spiker bildirib.

B. Muradova qeyd edib ki, ermənilər hələ də cinayət məsuliyyətindən yayınırlar: "10 ölkə Xocalı soyqırımını tanıyıb, ABŞ-ın bir neçə ştatı müvafiq qərarlar çıxarıb. BMT-nin bununla bağlı 4 qətnaməsi var. Amma bütün bunlar Ermənistanı öz təcavüzkar siyasətindən çəkindirməyə bilməyib".

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev çıxış edərək bildirib ki, işğalın ağır nəticələrinin aradan qaldırılması və Azərbaycanın haqq səsinin dünya ictimiayyətinin diqqətinə çatdırılması istiqamətində dövlətimizin səyləri bu gün də davam edir: "Müharibənin gedişində Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilən ən ağır cinayətlərdən biri Xocalı soyqırımıdır. Biz öz səsimizi qaldırmağa və təcavüzün nəticələrini beynəlxalq ictimaiyyətə çatdırmağa çalışmışıq, bununla bağlı çoxsaylı tədbirlər görülüb".

"Biz bu məsələyə beynəlxalq səviyyədə hüquqi qiymət verilməsinə çalışmalıyıq. Ona görə də bu qanun layihəsini çox faydalı hesab edirəm" — Mehdiyev bildirib.

Administrasiya rəsmisi əlavə edib ki, görülən işlərin nəticəsində Xocalı soyqırımını rəsmi şəkildə tanıyan ölkələrin sayı artır: "Məsələyə hüquqi qiymətin verilməsinə dair işlərimizi daha da intensivləşdirməliyik".

Xəbər lenti
0