Donald Trampa qarşı nəhəng ittifaq quruldu

© REUTERS / Brendan McDermidDonald Tramp
Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Google, Apple, Microsoft, Facebook, Twitter, Intel və Netflix kimi nəhəng şirkətlərin rəhbərləri bununla bağlı ortaq bəyanat imzalayıblar

BAKI, 7 fev — Sputnik. ABŞ-da 97 böyük şirkət, Donald Trampın 7 müsəlman ölkəsinin əhalisinə viza qadağası tətbiq etməsinə qarşı çıxıb. Sputnik Azərbaycan Türkiyənin "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Google, Apple, Microsoft, Facebook, Twitter, Intel və Netflix kimi nəhəng şirkətlərin rəhbərləri bununla bağlı ortaq bəyanat imzalayıblar.

Donald Tramp - Sputnik Azərbaycan
TƏHLİL
"ABŞ dərin dövləti Trampı öz siyasətini dəyişməyə məcbur etdi"

Bəyanatda bildirilir ki, Trampın tətbiq etdiyi viza qadağası ölkədəki immiqrasiya qanunlarını və ABŞ Konstitusiyasını pozur. "Bu qadağa ABŞ qanunlarına zidd olmaqla yanaşı, Amerika firmalarını da zərərə uğradır" — bəyanatda qeyd olunur.

Şirkət rəhbərlərinin imzaladığı bəyanat San-Fransiskodakı Doqquzuncu Region Apellyasiya Məhkəməsinə təqdim edilib. Bununla belə, mütəxəssislər bu hüquqi təşəbbüsün Trampa qarşı açılan bir iddia olmadığına diqqəti çəkiblər.

Qeyd edək ki, ötən həftə ABŞ-ın Sietl Federal Məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salıb. ABŞ Apellyasiya Məhkəməsi də, Ədliyyə Nazirliyinin bu qərardan verdiyi apellyasiya şikayətini rədd edib.

Xəbər lenti
0