Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"ABŞ dərin dövləti Trampı öz siyasətini dəyişməyə məcbur etdi"

© REUTERS / Kevin LamarqueDonald Tramp
Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni Ağ Ev rəhbərliyinin Rusiya ilə bağlı mövqe dəyişdirməsi ekspertlər tərəfindən birmənalı qarşılanmır

BAKI, 6 fev — Sputnik. Amerika Birləşmiş Ştatlarının BMT-dəki yeni daimi nümayəndəsi Nikki Haley, Krım amilindən dolayı Rusiyanı tənqid edib. O bildirib ki, Rusiya Krımı Ukraynaya geri qaytarmayacağı halda bu ölkəyə qarşı sanksiyalar davam edəcək.

© Photo : RFE/RLSülhəddin Əkbər, Azad Demokratlar Partiyasının rəhbəri
Sülhəddin Əkbər, Azad Demokratlar Partiyasının rəhbəri  - Sputnik Azərbaycan
Sülhəddin Əkbər, Azad Demokratlar Partiyasının rəhbəri

Donald Tramp komandasından belə bir bəyanatın səslənməsi, Rusiya-ABŞ yaxınlaşmasına olan ümidləri azaldıb. Çünki yeni ABŞ prezidenti istər seçkiqabağı, istərsə də seçkidən sonra verdiyi müsahibələrində Rusiya ilə birgə çalışacaqlarını söyləmişdi.

Mövzunu Sputnik Azərbaycan-a şərh edən Azad Demokratlar Partiyasının (AZDP) sədri, politoloq Sülhəddin Əkbərin sözlərinə görə, BMT-dəki daimi nümayəndə Nikki Haleyin söylədiyi fikir Trampın mövqeyi ilə ziddiyət təşkil etmir: "Ukrayna ilə bağlı Rusiyaya qarşı tətbiq edilən sanksiyaları iki yerə ayırmaq lazımdır: Biri Krım faktoru, digəri isə hazırda ciddi qarşıdurmaların yaşandığı, ölkənin şərqindəki Donbas bölgəsi ilə bağlıdır. Nikki Haleyin açıqlamasında ziddiyyət yoxdur. Söhbət Krım amilindən dolayı tətbiq edilən sanksiyaların qüvvədə qalması, amma Donbas zonası ilə bağlı embarqonun ləğv edilməsindən gedir. Sanksiyaların ən ağır və ən əsas hissəsi məhz Donbasla bağlıdır".

"ABŞ — Rusiya münasibətləri yaxın aylarda daha da aydınlaşacaq. Bu, Moskvanın İran və Ukrayna ilə bağlı yürütdüyü siyasətindən asılı olacaq. Çünki bilirik ki, ABŞ-ın yeni administrasiyasının xarici siyasətində İrana xüsusi önəm verilir. Bunda təbii ki, yəhudi lobbisinin, İsrailin də təsiri var" — ekspert bildirib.

Sülhəddin Əkbər Ukrayna böhranının həllinin ABŞ-Avropa İttifaqı-NATO əlaqələrindən asılı olacağını bildirib: "Burada Avropa İttifaqı və NATO-nun təsiri var. Bu da gələcəkdə Amerikanın Aİ və NATO ilə münasibətlərinin inkişafından asılı olacaq. Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri hər il toplanır və Rusiyaya qarşı sanksiyaların davamından yana qərarlar verirlər. Bu il də eyni şey gözlənilir".

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli isə hesab edir ki, ABŞ dərin dövləti Donald Trampı bəzi yanaşmalarını dəyişməyə məcbur edib: "Amerikada prezidentlərin apardıqları siyasi kurs bir-birilərindən çox az fərqlənir. Yəni hansısa prezident özünün sələfindən müəyyən parametrlərinə görə fərqli ola bilər. Ancaq ABŞ-ın siyasətini köklü surətdə dəyişdirə bilməz. Seçkiqabağı verilmiş vədlər ayrı, seçkidən sonra dərin dövlətin təsirinə düşüb yeni davranış sərgiləmək ayrı. Donald Tramp seçki ərəfəsində Vladimir Putinlə dost olacağı barədə çox şey danışırdı. Rusiyaya qarşı sanksiyaları ləğv edəcəyini söyləyirdi. Lakin görürük ki, seçildikdən sonra dərin dövlət onu bu fikrindən daşındırmağa məcbur etdi. Tramp artıq bu gün etiraf edir ki, sanksiyaların ləğvindən danışmaq hələ tezdir".

© SputnikQabil Hüseynli, politoloq
Qabil Hüseynli, politoloq - Sputnik Azərbaycan
Qabil Hüseynli, politoloq

"Tramp, daha sonra Ukraynanın şərqində yaşanan qarşıdurmalarla bağlı bu ölkənin prezidenti Pyotr Poroşenkonu Vaşinqtona dəvət etdi. Bu, Ukraynaya olan hüsnü-rəğbətin ifadəsidir. Belə düşünmək olar ki, Obama zamanında Ukraynaya vəd edilmiş ağır döyüş silahları Donald Trampın dövründə yenidən gündəmə gələcək. Ukraynada modern ordunun qurulma prosesi daha da sürətlənə bilər" — deyə Qabil Hüseynli bildirib.

Politoloqun sözlərinə görə, ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin Krım məsələsini yenidən gündəmə gətirməsi Trampın Rusiya ilə bağlı siyasətini alt-üst edir: "Donald Tramp açıqca deyirdi ki, Krım Rusiyaya aiddir. Ancaq indi onun BMT-dəki daimi nümayəndəsi Nikki Haley, Rusiyaya qarşı sanksiyaların ləğvi üçün Krımın Ukraynaya geri qaytarılmasını şərt olaraq irəli sürür. Və Moskvadan tələb edir ki, Minskdə razılaşdırılmış Normand Dördlüyü sazişini yerinə yetirsin. Belə görünür ki, Rusiya ilə bağlı Amerikanın siyasətində ciddi dəyişiklik olmayacaq".

Xəbər lenti
0