CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıdakı bu marşrutun rəhbərliyinə sonuncu xəbərdarlıq ediləcək

© Sputnik / Murad OrujovBakıda avtobuslar, arxiv şəkli
Bakıda avtobuslar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mais Ağayev: "Fəaliyyətlərində müsbətə doğru irəliləyiş olmasa, onlar haqqında ciddi tədbirlər görüləcək"

BAKI, 7 fev — Sputnik. Paytaxt Bakıda əhalinin sıx yaşadığı yerlərdən biri də Yasamal rayonudur. Məhz bu ərazidə, xüsusilə Mətbuat prospektindən 20 Yanvar istiqamətinə hərəkət edən, ümumi yolu Avtovağzal-Badamdar olan 29 nömrəli avtobusdan vətəndaşlar şikayət edir. Sputnik Azərbaycan-a gələn şikayət məktubu da bu marşrutun interval gecikmələri ilə bağlıdır.

“Mən, Məmmədova Sənubər 20 Yanvar stansiyası yaxınlığında yaşayıram. Həftə içi hər gün Mətbuat prospektində yerləşən Nəşriyyata iş yerimə getməli oluram. Amma bir problem var ki, ora getmək mənim üçün müşkül məsələyə çevrilib. Artıq bir ildən çoxdur ki, 15 dəqiqəlik yol getmək üçün dayanacaqda 29 nömrəli avtobusu 30-40 dəqiqə gözləməli oluram. Gələn marşrut da sərnişinlər ilə dolu olduğundan avtobusa minmək ya mümkün olmur, ya da “preslənmiş” vəziyyətdə yolu getmək məcburiyyətində oluram. Çünki bu avtobusun yolunu gedən başqa avtobus yoxdur. Biz də məcbur qalıb dəqiqələrlə 29 nömrəli avtobusu gözləməli oluruq. Dəfələrlə şikayət etsəm də heç bir nəticəsi olmayıb. Sizə yazıb xahiş edirəm ki, bu məsələni gündəmə gətirəsiniz”. 

Автобусы в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Bütün avtobuslar dövlət nəzarətinə keçməlidir"

Sputnik Azərbaycan-ın əməkdaşı yaranmış problemi Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevə bildirib. Mətbuat xidmətinin rəhbərinin məsələyə münasibəti belə olub: “29 nömrəli marşrut haqqında bizə dəfələrlə şikayət daxil olub. Biz də öz növbəmizdə 29 nömrəli marşrutun rəhbərinə bildirmişik ki, sizdə intervallarda süni artırılma var. Onlar da hər dəfə problemlərin aradan qaldırılacağını desələr də, yenə də problem açıq qalır. Çox təəssüflər olsun ki, sahibkarlar öz məsuliyyətini anlamır və istədikləri kimi işləyirlər. Biz də öz növbəmizdə onlardan tələb edirik ki, ya məsuliyyətlərini anlayıb işləsinlər, ya da bu xidmət sektorundan çıxsınlar”.

Mətbuat xidmətinin rəhbəri onu da qeyd edib ki, marşrut xətləri sahibkara həmişəlik yox, müəyyən müddətə verilir. Sahibkar qoyulan tələbləri doğrultmadıqda təbii ki, onunla müqavilə pozulur və xətdən çıxarılır.

Mais Ağayev bildirib ki, bir daha 29 nömrəli avtobusun rəhbərliyi ilə danışılacaq: “Düşünürəm ki, bu, sonuncu xəbərdarlıq olacaq. Fəaliyyətlərində müsbətə doğru irəliləyiş olmasa, onlar haqqında ciddi tədbirlər görüləcək”. 

Xəbər lenti
0