Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 6 fev — Sputnik. Balakən rayonunda intihar hadisəsi baş verib. Sputnik Balakən rayon Polis İdarəsinə istinadla xəbər verir ki, intihar edən şəxs keçmiş məhkum Cavid Papaxovdur.
Hadisə bu gün günorta saatlarında rayonun Qullar kəndində baş verib.
1979-cu il təvəllüdlü, əvvəllər məhkum olmuş Cavid Sirac oğlu Papaxovun cəsədi kənddəki yardımçı tikililərdən birinin damında asılı vəziyyətdə aşkarlanıb.
Papaxovun intihar səbəbləri araşdırılır. Kənd sakinlərinin polisə bildirdiyinə görə, mərhum son vaxtlar tüfeyli həyat tərzi keçirib. O, əvvəllər oğruluq üstündə həbsdə yatıb.
Faktla bağlı Balakən rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.
Hazırda intihar faktının səbəbləri araşdırılır.