BAKI, 6 fev — Sputnik. Şəki şəhəri Sabit Rəhman küçəsi bina 12 ev 27 ünvanında yaşayan, 1958-ci il təvəllüdlü Faiq Səlim oğlu Səfərovun meyiti yaşadığı evin vanna otağında asılmış vəziyyətdə tapılıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, onun meyitini həyat yoldaşı aşkarlayıb.
İki uşaq atası olan 59 yaşlı F. Səfərovun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil. Faktla bağlı Şəki Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.