“Türk əsgərləri qaytarmaması üçün Yunanıstana təzyiqlər edilir”

© Sputnik / Vladimir Rodionov / Mediabanka keçidYunanıstan
Yunanıstan - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "İki dövlət arasında gərginlik Türkiyədə 15 iyul 2016-cı ildə baş verən hərbi çevrilişə cəhddən sonra başlayıb"

BAKI, 5 fev – Sputnik. 15 iyul 2016-cı il hərbi çevrilişdə şübhəli bilinən 8 hərbçini geri qaytarmadığı üçün Yunanıstan ilə Türkiyə arasında davam edən gərginlik böyüyərək davam edir. 

Son olaraq Yunanıstan Müdafiə Nazirliyi türk döyüş təyyarələrinin mərkəzi və cənubi Egey dənizində yunan hava məkanını 138 dəfə pozduğunu söyləyərək bunun qəbuledilməz olduğunu bildirib. Öz növbəsində Türkiyə tərəfi, yunan hərbi hava qüvvələrinin mübahisəli Kardak adaları üzərində bir neçə dəfə uçuş həyata keçirdiyini, Ankaranın buna göz yuma bilməyəcəyini açıqlayıb. 

Yunanistana qaçan darbeci əsgərlər - Sputnik Azərbaycan
Yunanıstandan Türkiyəyə rədd cavabı

Böhranın dərinləşməsi üzərinə bəyanat verən Yunanıstanın müdafiə naziri Panos Kamennos türk əsgərlərin davranışını “kovboyvari axmaqlıq” adlandırıb. 

“Biz sülh istəyirik. Amma Egey dənizi üzərində hava məkanımızın pozulmasına səssiz qala bilmərik. Türk hərbçilərin elədikləri kovboyvari axmaqlıqdır” – deyə Kamennos bildirib.

İki ölkə arasında yaşanan gərginliyi Sputnik Azərbaycan-a siyasi şərhçi Elxan Ələsgərov dəyərləndirib: “Yunan tərəfi dəfələrlə bəyan edir ki, türk döyüş təyyarələri Egey dənizi üzərində Yunanıstan hava məkanını pozur. Bu ondan irəli gəlir ki, Türkiyə ilə Yunanıstan arasında dəniz sərhədlərini hər iki dövlət öz hesablarına görə aparır. Dəniz sərhəd zonası 12 milə uyğun hesablanır. Biri var beynəlxalq hüquq, biri də ölkənin daxili dəniz məsələsi. Türkiyə-Yunanıstan arasında Egey dənizi uğrunda mübahisələrin səbəbi 1-ci Dünya müharibəsinə qədər gedib çıxır. Həmin dövrdə Yunanıstan Osmanlıya aid adaları tutmuşdu. 2-ci Dünya savaşı zamanı Yunanıstan Almaniya ilə müttəfiq idi. Yəni Almaniya tərəfindən işğal edilmişdi. Sonra isə İngiltərə və Amerika ilə ittifaqa girdi. O zaman ingilislər tərəfindən tutulan bəzi adalar Yunanıstana verildi. O gündən bu yana həmin adalara görə, o cümlədən Kipr adasına görə türklərlə yunanlılar arasında dərin böhran yaşanır”. 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında - Sputnik Azərbaycan
Türkiyə ilə Yunanıstan arasında gərginlik davam edir

“Dəfələrlə rəsmi Afina bildirir ki, türklər dəniz hava məkanını pozur. Lakin Ankara bu iddiaları qəbul etmir. Çünki ən son mübahisəli ada Türkiyə sahilindən 8 km məsafə aralıdır. Türklər deyir ki, əgər sərhəd 12 milə uyğun hesablansa, o zaman İzmir şəhərinin ərazisi də Yunanıstanın hava sahəsi sayılar” – E.Ələsgərov qeyd edib.

Elxan Ələsgərov, tərəflər arası əsas gərginliyin 15 iyul 2016-cı ildən etibarən başladığını deyib: “İki dövlət arasında gərginlik Türkiyədə 15 iyul 2016-cı ildə baş verən hərbi çevrilişə cəhddən sonra başlayıb. Çünki rəsmi Afina, özlərinə sığınan və çevrilişdə əli olan 8 türk hərbçisini geri qaytarmaq istəmir. Bu da Ankaranı qəzəbləndirir. Ümumiyyətlə bu günlərdə Qərb ilə Türkiyə arasında davam edən siyasi gərginliyin kökündə 15 iyul çevrilişindən sonrakı proseslər dayanır. Çünki çevrilişdən sonra bir çox zabit həm də Almaniyaya, o cümlədən Brüsselə irtica etmişdi. Türkiyə tələb edir ki, əgər NATO şəmsiyyəsi altında müttəfiqlik varsa, o zaman dövlətlər bir-birlərini anlamalıdır. Lakin indiyədək bu məsələ həllini tapa bilmir”. 

Судейский молоток, фото из архива - Sputnik Azərbaycan
Türkiyənin Yunanıstana cavabı gecikmədi

“Bu Türkiyə-Yunanıstan arasında ilk belə kriz deyil. Hava məkanı müntəzəm olaraq qarşılıqlı şəkildə pozulur”. Bunu isə Sputnik Azərbaycana açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Onun sözlərinə görə, bu səfərki böhrana səbəb 15 iyul çevrilişində təqsirli bilinən türk əsgərlərin Yunanıstana sığınması və onların Türkiyəyə hələ də geri verilməməsidir.

“Türkiyə haqlı olaraq xuntaçı hərbçilərin ekstradisiyasını istəyir. Yunan tərəfi nəinki onları geri vermir, hətta nə üçün qaytarmadığını da əsaslandırmır. Bu da ciddi şübhələr yaradır. O cümlədən Yunanıstanın Türkiyə daxili siyasi problemlərin çözülməməsində maraqlı olduğunu göstərir. Ona görə də rəsmi Ankaranın reaksiyası başa düşüləndir” – İlqar Vəlizadə qeyd edib. 

Politoloq iddia edir ki, çevrilişçi əsgərləri qaytarmamaq üçün Yunanıstana kənardan təzyiqlər edilir:

“Çox güman ki, yunan tərəfi əsgərlərin qaytarılması müqabilində siyasi şərtlər irəli sürmək haqda düşünür. Ki, bu da tək Yunanıstanın marağı deyil. NATO-da Türkiyənin əleyhinə çıxış edən nüfuzlu dairələrin marağındadır”. 

Xəbər lenti
0