BAKI, 26 yan — Sputnik. Yunanıstan Türkiyədə 15 iyul çevriliş cəhdindən sonra bu ölkəyə qaçmış hərbçiləri geri qaytarmaqdan imtina edib.
Sputnik xəbər verir ki, Yunanıstan Ali Məhkəməsi bu gün çevriliş cəhdindən sonra helikopterlə Yunanıstana qaçan 8 hərbçinin Türkiyəyə qaytarılmaması barədə qərar verib. Bu, həmin hərbçilər barədə verilən yekun məhkəmə qərarıdır.
Sözügedən hərbçilər çevriliş cəhdindən sonra Yunanıstana qaçaraq bu ölkədən sığınacaq istəmişdilər. Türkiyə tərəfi onları çevriliş cəhdində iştirak etməkdə günahlandırır.