Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Əbədi cavanlığın sirri çözüldü, amma bu insanlar bədheybət kimi görünəcəklər

© Photo : filmdən kadr"Harri Potter və ölüm töhfələri: 2-ci hissə" filmindən kadr
Harri Potter və ölüm töhfələri: 2-ci hissə filmindən kadr - Sputnik Azərbaycan
Abunə olmaq
Orqanizmdə olan hər bir hüceyrədə yaşlanma prosesinə nəzarət edən bioloji saat vardır

BAKI, 4 fev — Sputnik. Uzun illərdir alimlər insanları gəncləşdirmək üzərində baş sındırırlar. Deyəsən ispan alimləri buna yaxınlaşıblar. Lakin bəyan ediblər ki, onların cavanlaşdırdıqları insanlar hələ ki, filmlərdə gördüyümüz bədheybət varlıqlardan fərqlənməyəcək. 

Onlar bildirilər ki, orqanizmdə olan hər bir hüceyrədə yaşlanma prosesinə nəzarət edən bioloji saat vardır. Hüceyrənin nüvəsində 23 cür xromosom olur. Hər xromosomun qurtaracağında telomerlər mövcuddur. Telomerlər hüceyrənin bölünməsi prosesi zamanı xromosomları qoruyur. Hər bölünmə zamanı telomerlər qısalır. Yaşla bağlı olaraq telomerlər böhran səviyyəsinə çatırlar. Bu zaman hüceyrə daha bölünə bilmir. Qocalan və bölünə bilməyən hüceyrələr ətraf toxumanı zəhərləyir, yaxud ölürlər. Qısalmış telomerlər yaşlanma ilə bağlı olan degenerativ xəstəliklərin inkişafında mühüm rol oynayırlar. Miokard infarktı riskini 50% artırır, demensiya və Altsheymer xəstəliklərinin inkişafını tezləşdirirlər. Dayaq-hərəkət aparatı xəstəlikləri (osteoporoz), göz xəstəlikləri, yaşla bağlı görmənin pozulması, cinsi zəifliyin artmasına səbəb olurlar. Telomerləri qısalmış insanların xərçəng xəstəliyinə tutulma halları 11 dəfə çox olur. 

Xərçəng xəstəliyi - Sputnik Azərbaycan
SƏHİYYƏ
Alimlər xərçəngi məhv edən maddəni əldə etdilər

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, bizim orqanizmimizin hüceyrələrində telomerlərin erroziyasının qarşısını ala bilən telomeraza fermenti var. Telomeraza matrisa yaradır və qısa telomerləri uzadır. Telomeraza hüceyrələrə Heyflik sərhəddini ötməyə imkan verir və onların ömrünü uzadır. Telomeraza hesabına yaşlanmış hüceyrələr bir növ cavan vəziyyətinə qayıdırlar. Əksər somatik hüceyrələrdə telomeraza aktiv vəziyyətdə deyil. Telomer və telomeraza vasitəsilə xromosomların qorunması mexanizminin kəşfi 2009-cu ildə Nobel mükafatına layiq görülüb.           

İspan alimləri bildiriblər ki, gen mühəndisliyinin köməyi ilə siçanların hüceyrələrinin yenidən proqramlaşdırılması nəticəsində onların telomerləri uzanır və hüceyrələr böyüyür. Bu, onların ömrünü uzadır. 

Onlar bu metoddan bəhrələnərək insan hüceyrələrində də telomerlərin uzanmasına nail olmağın mümkünlüyünü bildiriblər.   

Onlar qeyd ediblər ki, adi kök hüceyrələri dəyişmək mümkündür. Orqanizmdəki eyni quruluşa malik olan bədən hüceyrələrini və genlərini bəzi toxumalarda söndürmək mümkündür. Misal üçün, beyindəki sinir elektrik impulslarını ötürən sinir toxumalarını, mədəaltı vəzidəki insulin istehsal edən Langerhans adacıqlarını və s. Yüksək səviyyəli genlərin söndürülməsi zamanı epigenetik amillərdən ibarət DNT və onun funksiyasını tənzimləyən molekullar işə düşür. 

Kitab oxumaq - Sputnik Azərbaycan
CƏMİYYƏT
Alimlər kitab oxumağın beş faydasını açıqladılar

Buradan məntiqi nəticə çıxır: kök hüceyrələri geri qaytarmaq üçün onun epigenlərini dəyişmək, başqa sözlə, yenidən proqramlaşdırmaq lazımdır. Buna Yamanaka amili adlanan 4 spesifik birləşmənin (OSKM — Oct4, Klf4, Sox2  və c-Myc) köməyi ilə nail olmaq mümkündür. Onlar həmçinin hüceyrələrin bu qabiliyyətlərinin dəstəklənməsi və fərqlənməsindəki  epigenetik tənzimləmədə iştirak edirlər. İlk dəfə 2006-cı ildə yapon tədqiqatçısı Sinya Yamanaka fibroblastı kök hüceyrəyə (iPS-hüceyrə) transformasiya edib. Yamanaka bu elmi nailiyyətinə görə, 2012-ci ildə Nobel mükafatına layiq görülüb. 

Yamanaka faktiki olaraq ayrı-ayrı hüceyrələri epigen səviyyədə yenidən proqramlaşdırmaqla və dedifferensasiya prosesini işə salmaqla cavanlaşdırıb. 

Belə bir sual ortaya çıxır: bunu bütün orqanizmdə (heç olmasa siçanların orqanizmində) etmək mümkündürmü? 

Problem ondadır ki, biz bu zaman “çoxlu kök hüceyrə ola bilməz” deyimini pozmuş oluruq. Artıq məlum olduğu kimi, bu, xərçəng riskini artırır. Bununla yanaşı, orqanlar və toxumaları eynicinsli İPS-hüceyrələrə çevirməyin mənası yoxdur. 

Daha bir çətinlik isə onunla əlaqədardır ki, induksiya edilmiş kök hüceyrələr spontan şəkildə inkişaf edərək teratomun (lat. τέρατος-bədheybət) yaranmasına səbəb ola bilər. Yəni, misal üçün diş, göz, yaxud beyin yetişməmiş şişlər formasında peyda ola bilər. Alimlər qeyd edirlər ki, bu metodla cavanlaşdırılmış insan artıq müasir cavan adamlara deyil, bədheybətlərə oxşayacaqlar. 

Lakin şişlərdən qaçmaq mümkündür. Bunu kök hüceyrələri dəyişdirmədən, sadəcə onların funksiyasını dəyişdirərək, qısa müddətə Yamanaka faktorunu fəallaşdırmaqla və toxumaları yüngülcə cavanlaşdırmaqla etmək mümkündür. Bunun üçün alimlər transgen siçanlar yaratmağa nail olublar. Qeyd edək ki, antibiotikin köməyi olmadan da genlərin və kök hüceyrələrin yenidən proqramlaşdırmasını təşkil etmək mümkündür. 

İspan alimləri siçanlar üzərində yenidən proqramlaşdırmanı tətbiq etməklə telomerlərdəki dəyişiklikləri öyrənərək öz işlərini çətinləşdirmək istəməyiblər. Onların məqsədi xromosomların uclarını uzatmaq üçün polisistron kassetləri kifayət qədər fəallaşdırmaq olub. Heyvan toxumalarındakı displaziya və teratomların mövcudluğu göstərib ki, yenidən proqramlaşdırma uğurla nəticələnib. 

Alimlər müəyyən ediblər ki, somatik kök hüceyrələrin transformasiyası telomerlərin uzanmasına səbəb olur. Bu məntiqidir. Çünki iPS-hüceyrələr məhdudiyyətsiz uzanmağa qadirdir. Bununla belə, tədqiqatçılar müəyyənləşdiriblər ki, burada ən vacib rolu telomereza oynayır. 

Bu proses təkcə somatik kök hüceyrələrin yenidən proqramlaşdırılması ilə yekunlaşmır. Bunun zərərli tərəfləri də var. Xərçəng hüceyrələrinin kök hüceyrələrlə çoxlu ortaq tərəfləri var. Onlar məhdudiyyət bilmədən uzun müddət bölünməyə qadirdirlər. Bunun ən məşhur misalı HeLa xəttinin “ölümsüz” hüceyrələridir. Onlar hələ 1951-ci ildə vəfat etmiş Henrietta Laksın uşaqlıq boynundan təcrid edilmiş şişdən götürülüb və indiyə qədər də müxtəlif eksperimentlərdə istifadə edilir. 

Xərçəng hüceyrələri də öz növbəsində somatik hüceyrələrin yenidən proqramlaşdırılmasının nəticəsidir. Alimlərin fikrincə, telomerlərdə də analoji dəyişikliklər baş verir. Ona görə də, iPS-hüceyrələr üzərində tədqiqatlar şişlərin əmələ gəlməsinə səbəb olan molekulyar prosesin detallarını izah etməyi tələb edir.

Xəbər lenti
0