BAKI, 3 fev — Sputnik. Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər.
Sputnik Azərbaycan-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, AFFA 2018/19 mövsümünün həlledici görüşü ilə bağlı UEFA-ya müraciət edib.
Məlumata görə, AFFA həm Çempionlar Liqası, həm Avropa Liqasının finalını qəbul etmək barədə müraciət edib.
2019-cu ildə baş tutacaq həlledici qarşılaşmalara namizədlərin siyahısını açıqlayan UEFA Çempionlar Liqası üçün 2, Avropa Liqası üçün 7 iddiaçının sifarişini qəbul edib.
Qitənin ən nüfuzlu klub turnirinin finalına Bakı ilə yanaşı İspaniyanın paytaxtı Madrid də iddia edir.
Çempionlar Liqası arzusu gerçəkləşməsə, Bakı Avropa Liqasının finalını da qəbul edə bilər. Bu oyuna Bakı ilə yanaşı, Tiflis, Frankfurt, Ştutqart, Qlazqo, Sevilya və İstanbul da iddialıdırlar.
Final oyunlarının ev sahibinin adı sentyabrda elan ediəcək.