Tramp isteblişmentin ayrı-ayrı qruplarının "küy"ünə getdi

© AP Photo / Evan VucciDonald Tramp
Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın yeni prezidenti Donald Trampın müsəlman ölkələrinə münasibəti çoxlu suallar doğurur

BAKI, 2 fev — Sputnik. Tramp gizlətmir ki, elə ABŞ-ın özündə böyük səs-küyə və narahatlıqlara səbəb olan terror aktlarına radikal münasibət bəsləyir. 

Bunu Sputnik Azərbaycan-a politoloq Tofiq Abbasov ABŞ prezidenti Donald Trampın islamofobiyaya münasibətini şərh edərkən deyib.    

Ekspert qeyd edib ki, əgər Fransa, Belçika, İspaniya, İngiltərədə baş verən həyəcanlı xəbərlərin xronikasını xatırlasaq, islam radikalizminin izilərinin niyə qaldığını görərik. 

Sputnik-in həmsöhbətinin sözlərinə görə, Tramp konservativ baxışları olan adamdır. Həm də Respublika partiyasının nümayəndəsi olaraq təbii ki, onun Qərblə Şərq sivilizasiyasına xüsusi baxışları var. 

Donald Tramp - Sputnik Azərbaycan
ABŞ Meksikaya hərbi müdaxilə edə bilər

"Nəzərə alanda ki, son zamanlar həyəcanlı hadisələrin episentrində müsəlman Şərqi dayanır, Tramp sadəcə öz seçki kampaniyasında bundan istifadə etməyə bilməzdi. O islam radikalizminə qarşı xüsusi tədbirlər proqramı qəbul edəcəyi barədə vədləri ilə seçiciləri öz tərəfinə cəlb etmək şansını əldən buraxmadı” – o bildirib. 

Abbasov qeyd edib ki, Trampın yeddi dövlətə qarşı (İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali) sərt tədbirlərinin fonunda Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirliklərinin fərmandan kənarda qalması onu göstərir ki, onun müsəlman ölkələrinə münasibətdə radikalizmi bir qədər seçilmiş xarakterlidir və çoxlu suallar doğurur. 

“Bütün bunlar hay-küyçülüyə qoşulmuş ABŞ prezidentinin mövqelərinin vəziyyətini göstərir” – o bildirib. 

Suriya Demokratik Birlik Partiyasının (kürdcə: PYD - Partiya Yekıtiya Demokrat) silahlıları - Sputnik Azərbaycan
Trampdan Ərdoğana "arxadan zərbə"

Sputnik Azərbaycan-ın həmsöhbəti qeyd edib ki, Tramp belə məsələlərdə tələskənliyə yol verməməlidir. Əks fəaliyyətlər üçün daha ağıllı proqramlar qəbul etmək lazımdır. 

Abbasovun fikrincə, ABŞ-ın yeni prezidentinin addımlarının böyük hissəsi isteblişmentin ayrı-ayrı qruplarını məmnun etmək, öz milli maraqlarını və prioritetlərini təmin etmək üçün Qərbin hücumlarına qarşı müqavimət göstərən İran kimi ölkələrə cavab zərbəsi endirmək istəyindən doğur.

Xəbər lenti
0