CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda ölüm təhlükəsi davam edir

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidМашина скорой медицинской помощи
Машина скорой медицинской помощи - Sputnik Azərbaycan
Abunə olmaq
Yollarda isə kifayət qədər problem olub və tibb işçiləri pasientlərə vaxtında yardım göstərə bilməyiblər.

BAKI, 2 fev — Sputnik. Bakıda yolların buz bağlaması bir kişinin ölümünə səbəb olub. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə xəbəri Daxili İşlər Nazirliyi yayıb.

Bədbəxt hadisə fevralın 1-də Yasamal rayonunun Əhmədov küçəsində baş verib. 47 yaşlı Bakı şəhər sakini Daməd Hüseynov buzda sürüşərək yıxılıb və qanaxmadan ölüb. Xoşbəxtlikdən bu, hələlik şəhərin yollarının buz bağlaması səbəbindən baş vermiş ilk ölüm hadisəsidir. Bakının administrativ rəhbərliyinin diqqətindən kənarda qalan yollarında, səkilərdə və həyətlərdə bu təhlükə qalmaqdadır.

Qar təmizləyən və qum səpən texnikalar avtonəqliyyat vasitələrinin hərəkətində problem müşahidə olunan ərazilərə cəlb edilib - Sputnik Azərbaycan
Sinoptiklərdən xəbərdarlıq: Qar yağacaq, yollar buz bağlayacaq

Ötən 1 sutka ərzində paytaxtda qarda yıxılaraq travma alan sakinlərlə bağlı Bakı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BTTTYS) 46 müraciət daxil olub. 

Bu barədə Sputnik Azərbaycan-a BTTTYS-nin baş həkimi Rauf Nağıyev məlumat verib.
Nəticədə 40 nəfər ətrafların travmaları ilə əlaqədar olaraq xəstəxanalara yerləşdirilib. Ümumilikdə isə ötən sutka ərzində Bakı şəhərində təcili yardıma 1700 müraciət daxil olub.
"Əhali anlayış göstərərək əsassız şikayətlərlə az müraciət edib" — Nağıyev bildirib.

O qeyd edib ki, qarlı günlərdə təcili yardım briqadaları üçün işləmək çətin olub. Çünki onların işi birbaşa yollarla bağlıdır. Yollarda isə kifayət qədər problem olub və tibb işçiləri pasientlərə vaxtında yardım göstərə bilməyiblər.

Nağıyevin sözlərinə görə, BTTTYS-nın elə avtomobilləri var ki, onlar üçün qar və buz qorxulu deyil. Briqadalar hətta Bakının təpəlik ərazilərdə yerləşən rayonlarına da təcili yardıma yetişiblər. Bununla belə, AR Səhiyyə Nazirliyinin Travmatologiya və Ortopediya Elmi-tədqiqat İnstitutunun direktoru Vaqif Verdiyev bildirib ki, ötən gecə instituta 50 xəstə daxil olub. Onların əksəriyyəti yuxarı ətrafların qırığı diaqnozu ilə daxil olublar. Zərərçəkənlərə ambulator yardım göstərilib və gips qoyulub.

Bakıda güclü qar - Sputnik Azərbaycan
Bakı küçələrinin qardan təmizlənməsi üçün gözəgörünməz texnika alınıb

"Stasionar müalicə təyin edilmiş xəstələrə gəlincə, axşam təcili yardım üst-üstə beş xəstə gətirib. Biz onları sınıqların dərəcəsinə görə, ayrı-ayrılıqda qəbul etmişik. Bu xəstələr müayinə ediliblər və onlara cərrahi müdaxilə edilib. Əvvəllər, yəni 20 il qabaq sınıqları konservativ üsullarla — çəkərək, ya da gips qoyaraq müalicə edirdilər. Amma indi biz yeni texnologiyalardan istifadə edirik" — həkim deyib. 

O, izah edib ki, hətta bir neçə seqment üzrə sınığı olan xəstələri operativ müdaxilə nəticəsində bir neçə günə ayaq üstə qoya bilirlər. 10-15 gündən sonra xəstə evə yazılır. Amma əvvəllər sınığı olan xəstələr aylarla yataqda yatmalı olurdular.

Buzda sürüşərkən xoşagəlməz nəticələrlə üzləşməmək üçün Verdiyev yaşlı adamlara məsləhət görüb ki, buzlu günlərdə küçəyə çıxmasınlar. "Eyni zamanda hər bir insan öz ayaqqabılarına diqqət etməlidir. Buzlu günlərdə hündür dabanlı və altı sürüşkən olan ayaqqabılardan imtina etmək lazımdır. Bununla belə, adam sürüşəndə nədənsə tutmağa çalışmalıdır ki, sümüklərə güc düşməsin" — Verdiyev bildirib.

Həkim həmçinin küçələri keçərkən sürüşməmək və maşınların altına düşməmək üçün ehtiyatlı olmağı tövsiyə edib.

Xəbər lenti
0