İstanbul Prokurorluğundan Qafqaz Universiteti ilə bağlı müdhiş iddialar

© AFP 2024 / BULENT KILICİstanbul Ədliyyə Sarayı
İstanbul Ədliyyə Sarayı - Sputnik Azərbaycan
Abunə olmaq
İmtahan suallarını oğurlamaqla öz adamlarını universitetlərə yerləşdiriblər

BAKI, 31 yan — Sputnik. Fətullahçı Terror Təşkilatının (FETÖ) Mərmərə Universitetinin elmi heyəti ilə əlaqələrinə dair aparılan istintaq nəticəsində dəhşətli faktlar üzə çıxıb. Elmi əməkdaşların 15-i "silahlı terror şəbəkəsinə üzv olmaq"da günahladırılaraq həbs edilib. Onların hərəsini 15 ilə qədər həbs cəzası gözləyir.

Fətullah Gülən Pensilvaniyadakı mənzilində. ABŞ, 29 iyul 2016 - Sputnik Azərbaycan
Azərbaycan siyasətində FETÖ izləri

Sputnik Azərbaycan Türkiyənin "Hürriyet" qəzetinə istinadla xəbər verir ki, universitetlərin elmi heyətləri ilə bağlı iddianamə məhkəmə tərəfindən qəbul edilib. İddianaməyə görə, FETÖ bakalavr, magistratura, doktorantura və ALES imtahanlarında oğurladığı suallar sayəsində 2002-2013 illər arasında 8500-ə qədər adamı universitetlərə yerləşdirib. Həmçinin, Türkiyədə 17 universitet qurub.

İstanbul Cümhuriyyət Baş Prokurorluğu Terror və Mütəşəkkil Cinayətkarlıq Bürosunun prokurorlarından olan Mehmet Şenay Baygının, FETÖ-nün elmi isteblişmentinin təşkili ilə bağlı aparılan istintaq çərçivəsində Mərmərə Universiteti ilə əlaqədar iddianaməsi İstanbul Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilib. İddianamədə FETÖ-nün elmi isteblişmentinin təşkili ilə bağlı önəmli məlumatlara yer verilib.

"FETÖ Türkiyədə 17 universitet qurub"

İddianamədə FETÖ-nün (paralel dövlət) öz məqsədlərinə çatmaq üçün universitetlərdə ciddi şəkildə təşkilatlandığı bildirilir. Həmçinin qeyd olunub ki, təkcə Türkiyədə təşkilat tərəfindən idarə edilən 17 universitet mövcud olub. Bu universitetlər 23 iyul 2016-cı il tarixində yayımlanan qərarnaməyə əsasən bağlanıb.

FETÖ-nün xaricdəki özəl universitetləri

Qafqaz Universiteti - Sputnik Azərbaycan
Qafqaz Universiteti ləğv olundu

İddianamədə FETÖ-nün xaricdə fəaliyyət göstərən universitetlərinə də yer verilib. İddianaməyə görə, sözügedən universitetlər bunlardır: Amerikan İslam Universiteti və Beynəlxalq Virginya Universiteti (ABŞ), Bedir Universiteti (Albaniya), Qafqaz Universiteti (Azərbaycan), Beynəlxalq Qara Dəniz Universiteti (Gürcüstan), Süleyman Dəmirəl Universiteti (Qazaxıstan), Atatürk-Alatoo Universiteti (Qırğızıstan), Halkara Türkmən-Türk Universiteti (Türkmənistan), Şimal-şərq Avropa Lumina Universiteti (Rumıniya), Bürc Universiteti (Bosniya və Herseqovina), İşıq Universiteti (İraq).

"Dövlət universitetlərində də təşkilatlanıblar"

İddianamədə FETÖ-nün özəl universitetlərdən başqa dövlət universitetlərini də ələ keçirmək istədiyi bildirilib. Bu məqsədlə onlar dövlət universitetlərində sıx təşkilatlanıblar. Universitetlərdə xüsusi fakültə, ali məktəb və institut imamları təşkil edilib və bu çərçivədə şəbəkə üzvləri öz təşkilati fəaliyyətlərini həyata keçiriblər.

Təşkilat universitetlərdə oxuyan tələbələr üçün evlər və yataqxanalar təsis edib. Bu ev və yataqxanalarda tələbələrə "qardaş" və "bacı"ları ("abiler" və "ablalar") tərəfindən şəbəkə təhsili verilib və onlar FETÖ-yə cəlb edilib.

"11 ildə 8500 alim yerləşdirilib"

İttihamnamədə həmçinin bildirilir ki, təşkilat elmi dairələrə öz kadrlarını yerləşdirərək Akademik Ali Təhsil İmtahanları Komissiyasının (ALES) imtahan suallarını ələ keçirib və təşkilat üzvlərinə ötürüb. Oğurluq suallar sayəsində 2002-2013-cü illər arasında dövlət universitetlərinə 8500-ə qədər elmi işçinin yerləşdirildiyi güman edilir.

"2009-cu ildə ALES-də 2 səhvi olan namizədlərin sayı 20290 nəfər olub"

İddianamədə imtahanların nəticələrinə də aydınlıq gətirilib. Qeyd olunub ki, 2005-ci ildə ALES-də imtahan verən 226 min nəfərin yüzdə 0,1%- suallara tam, yaxud da 2-si səhv olmaqla doğru cavablar veriblər. 2009-cu ildə isə imtahana girən 226 minə yaxın namizəddən yüzdə 9-u lazımi qədər bal toplayıb. Cəmi 2 səhvi olan namizdələrin sayı 20 min 290 nəfər olub.

Rektorluq FETÖ ilə əlaqəsi olan alimlərin siyahısını təqdim edib

Qafqaz Universitetinin ləğvetmə prosesi başlanılıb - Sputnik Azərbaycan
Qafqaz Universitetinin tələbələri ilə bağlı qərar açıqlandı

15 iyulda baş verən dövlət çevrilişinə cəhddən sonra Ali Təhsil Qurumunun (YÖK) rəhbərliyindən FETÖ ilə əlaqəsi olan akademik personal haqqında məlumat istənilib. Mərmərə Universiteti Rektorluğunun göndərdiyi siyahı ilə bağlı istintaq başlanıb. Haqlarında dəlillər olan 15 şübhəli şəxs "terror təşkilatına üzvlük"də günahlandırılaraq həbs edilib. Digər şübhəli şəxslər haqqında isə ayrıca cinayət işi açılıb.

Bütün şübhəli şəxslərin "ByLock"dan istifadə etdikləri təspit edilib

İddianamədə şübhəlilərin hamısının təşkilatın gizli xəbərləşmə proqramı olan "ByLock"dan istifadə etdikləri təsdiqlənib. Üzvlərin təşkilatın tələbi ilə banklarda hesab açdıqları və o hesablara pul yatırdıqları məlum olub.

Onlar təşkilatın tələbi ilə Digitürk platforması üzvlüyündən çıxıblar. Şübhəlilərdən 10-u vəzifəsindən xaric edilib, 5-i isə nəzarətə götürülüb. Ümumilikdə "terror təşkilatına üzvlük"də günahlandırılan şəxslərin hamısına 7,5 ildən 15 ilə qədər həbs cəzası istənilib.

Xəbər lenti
0