BAKI, 31 yan — Sputnik. Şotlandiyanın aşağı divizionunda keçirilən "Şettlstoun" — "Şotts Bon Akkord" matçında maraqlı hadisə baş verib.
Sputnik Azərbaycan Thesun-a istinadən xəbər verir ki, "Şettlstoun"un qapıçısı Harri Uayt oyun vaxtı hakimdən xahiş edib ki, tualetə getsin. Hakim də buna məhəl qoymayıb, deyib ki, oyunu yarımçıq saxlaya bilmərəm.
Daha sonra qolkiper oyun zamanı qapının arxasına keçərək təbii ehtiyacını ödəyib. Bunu görən hakim ona qırmızı vərəqə göstərib.