Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Bütün Avropa məkanında qondarma "erməni soyqırımı" qərarları ləğv ediləcək

© REUTERS / Francois LenoirAİ Komissiyasının Brüsseldəki mənzil-qərargahı qarşısında bayraqlar
Aİ Komissiyasının Brüsseldəki mənzil-qərargahı qarşısında bayraqlar - Sputnik Azərbaycan
Abunə olmaq
Fransa Konstitusiya Məhkəməsinin tarixi qərarına təsir edən türk siyasətçinin oğlu: "Köhnə qitədə artıq belə bir fikir formalaşıb ki..."

BAKI, 27 yan — Sputnik. Fransa Konstitusiya Məhkəməsi, Osmanlı İmperiyasında 1915-ci il hadisələrinə dair erməni iddialarını da əhatə edən, "Bəzi cinayətlərin inkar edilməsinin kriminallaşdırılmasına" dair qanunu ləğv edib. Sputnik Azərbaycan Sözcü-yə istinadən xəbər verir ki, Konstitusiya Məhkəməsinin qərarında mövcud qanunvericiliyin fonunda nifrətin daha da alovlandırılmasının lazımsız olduğu vurğulanıb. Beləliklə, Fransada qondarma "erməni soyqırımı"nı inkar etmək artıq cinayət sayılmayacaq.

Fransa Konstitusiya məhkəməsi - Sputnik Azərbaycan
Fransada "erməni soyqırımı"nı inkar etmək cinayət sayılmayacaq

Qeyd edək ki, Fransa Konstitusiya Məhkəməsinin qərarına Türkiyənin "Vətən" partiyasının rəhbəri Doğu Perincəkin iki il əvvəl Avropa İnsan Haqları məhkəməsində qaldırdığı iddianın təsiri olub. Sözügedən iddiada Doğu Perinçek Fransa hökumətinin qəbul etdiyi qərarın ədalətsiz olduğunu, insan haqlarına uyğun gəlmədiyini bildirmişdi.

Məsələ ilə bağlı Sputnik Azərbaycan-a danışan Doğu Perincəkin oğlu Mehmet Perincək qərarın tam yerində olduğunu bildirib: "Bu qərar həm Türkiyə, həm də tarixçilər üçün, tarixə sədaqət duyan hər kəs üçün çox böyük bir uğurdur. Onsuz da Avropa İnsan Haqları Məhkəməsi atam Perincəkin iddiası əsasında keçirilən məhkəmə prosesində uydurma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması qərarını ləğv etmişdi. AİHM-in verdiyi qərar sadəcə söz azadlığı ilə də məhdudlaşmırdı. AİHM-in qərarında 1915 hadisələrinin yəhudi soyqırımından fərqli olduğu ifadə edilmişdi. Həmçinin 1915-ci il hadisələrinin şübhəli olduğu da bildirilmişdi".

© elbe-expressMehmet Perinçek - Türkiyəli politoloq
Mehmet Perinçek - Türkiyəli politoloq - Sputnik Azərbaycan
Mehmet Perinçek - Türkiyəli politoloq

M. Perincək hesab edir ki, yaxın gələcəkdə uydurma "erməni soyqırımı"nın tanınması barədə qərar qəbul edən Avropa ölkələri də qərarlarını yenidən gözdən keçirəcək: "Bu qərar bütün Avropa İttifaqı ölkələrini əhatə edir. Məsələn, İsveçrədə atam haqqında məhkəmənin verdiyi ədalətsiz hökm ləğv edildi. Daha sonra Danimarka parlamenti də, qondarma "erməni soyqırımı" haqda verdiyi qərarı ləğv etdi".

"Bütün Avropada buna bənzər qərarlar qəbul olunacaq. Hansı ölkədə 1915-ci ilə dair uydurma faktlara əsaslanan qərarlar varsa, hamısı bir-bir ləğv ediləcək. Çünki köhnə qitədə artıq belə bir fikir formalaşıb ki, beynəlxalq məhkəmə hansı qərarı verərsə, o, doğrudur" — M. Perincək bildirib.

O, əlavə edib ki, Avropa İnsan Haqları Məhkəməsinin atası Doğu Perincəkin xeyrinə çıxardığı qərar qitənin bir çox universitetlərində, hüquq fakultələrində oxunan mühazirələrə daxil edilib: "Dolayısı ilə, son yaşananlar həm Türkiyə, həm Azərbaycan, həm də söz azadlığını müdafiə edən hər bir ölkə üçün böyük bir zəfərdir".

Xəbər lenti
0