BAKI, 27 yan — Sputnik. Fransa Konstitusiya Məhkəməsi, Osmanlı Türkiyəsindəki 1915-ci il hadisələrinə dair erməni iddialarını da əhatə edən "Bəzi cinayətlərin inkar edilməsinin kriminallaşdırılmasına" dair qanunu ləğv edib.
Sputnik Azərbaycan-ın Anadolu-ya istinadən verdiyi xəbərə görə, Konstitusiya Məhkəməsinin qərarında, mövcud qanunvericiliyin fonunda nifrətin daha da alovlandırılmasının lazımsız olduğu vurğulanıb.
Beləliklə, Fransada qondarma "erməni soyqırımı"nı inkar etmək artıq cinayət sayılmayacaq.