Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Uşaqları sevmədiyi işlə məşğul olmağa zorlamayın

CC0 / Greyerbaby / girlQız uşağı
Qız uşağı - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər hesab edirlər ki, valideynlər uşaqları öz arzularının əsirinə çevirməməlidirlər

BAKI, 16 yan-Sputnik. Son zamanlar psixoloji problemi olan uşaqların sayı çoxalıb. Uşaqların əksəriyyəti müxtəlif səbəblərdən psixoloji travma alır. Valideynlər özləri də bilmədən uşaqlarda psixoloji gərginliyin yaranmasına səbəb olurlar. Məsələn, valideyn hansısa bir futbol komandasına azarkeşlik edirsə, uşağını da o klubun formasını geyindirir, uşağın fikrini öyrənmədən məcbur futbola aparır, hətta idman klublarından birinə yazdırır.

Yaxud, ana hansısa bir filmə baxır və orada hansısa qəhrəman xoşuna gəlir. Uşağının saçını o düzümə salır, uşağı həmin qəhrəmanın geyimlərinə uyğun geyindirir. Uşaqlar çox zaman buna etiraz etsələr də, valideynlər buna məhəl qoymurlar. "Sən uşaqsan, mən sənin yaxşılığını istəyirəm" deyirlər. Bu da sonradan ağır fəsadlara gətirib çıxarır. Sputnik-in əməkdaşı belə hallarla üzləşən uşaqlarda yaranan problemləri və onların həlli yollarını mütəxəssislərdən soruşub.

Здание центра кино Низами в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda azyaşlı uşaqlar yaş həddi qoyulmuş filmlərə niyə buraxılır
  

Uşaq psixoloqu Aidə Nəbiyeva bildirib ki, uşaqların valideynləri tərəfindən bu şəkildə yönəldilməsi doğru deyil.

"Hər bir uşağın öz həyatı var. Uşaq yönəldilirsə, sonradan özünü dərk edib valideynin onu sadəcə yönəltdiyini anlayanda, ona böyük psixoloji təsir edə bilir. Burada erkən yaş faktoru da var. Ona görə də erkən yaşlardan valideynin uşaqları istiqamətləndirməsi doğru deyil. Əksinə, valideynlər uşaqların şəxsi mövqeyinin formalaşmasına diqqət yetirməlidir" — deyə psixoloq bildirib.

Psixoloq onu da qeyd edib ki, belə hallara praktikada tez-tez rast gəlir: "Məsələn, uşaq idmana getmək istəmir, amma valideyn uşağı məcbur edir ki, mütləq idmanla məşğul olmalısan. Bu da uşaqda özünə qapanma və aqressiya kimi hallara gətirib çıxarır".

Uşaq psixoloqu Aynur Bünyadovanın sözlərinə görə, şəxsiyyət kimi formalaşması üçün uşağı sərbəst buraxmaq lazımdır.
"Valideyn övladına istiqamət verəndə və uşağa öz istəklərini aşılayanda, bu uşaqda problemlər yarana bilər. Uşaq gələcəkdə özünü tanıya bilmir, özünə inamı, güvən hissi azala bilər. Valideyn əksinə çalışmalıdır ki, uşağın istəyinə kömək etsin. Sonradan uşaq gələcəkdə böyük problemlərlə qarşılaşmasın" — deyə Bünyadova bildirib.
Psixoloq qeyd edib ki, 6 yaşa kimi uşağın xasiyyəti formalaşır. Bu yaşa qədər valideyn tərəfindən kifayət qədər sevgi görən uşaq, gələcəkdə normal şəxsiyyət kimi formalaşacaq. Əgər valideyn 10 yaşa kimi uşağa düzgün kömək edərsə, o zaman uşaqda psixoloji problemlər yaranmaz.

Əlləri ilə qulaqlarını tutmuş uşaq - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda ötən il 10 minə yaxın uşaq ailəsiz qalıb
  

A.Bünyadova onu da deyib ki, hal-hazırda belə problemli uşaqlar tez-tez mərkəzə müraciət edirlər. Uşaqlarının əvəzinə valideyn seçim edəndə uşaqda nevrotik xəstəliklər formalaşır.

"Bir neçə ay öncə bizə bir xəstə müraciət etmişdi. Valideynlər uşağı məcburi musiqi kursuna qoymuşdu və bunun sayəsində uşaqda böyük aqressiya yaranmışdı. Çünki, uşaq musiqi alətində çalmaq yox, rəqslə məşğul olmaq istəyirdi. Uşaqla söhbətlərimiz zamanı bunu anladım və sonradan uşaq istədiyi rəqsə yazıldı. Ondan sonra uşaqda olan aqressiya keçdi" — deyə psixoloq üeyd edib.

"Hüquq Dünyası" hüquqi təbliğat İctimai Birliyinin sədri Rafiq Alışov deyib ki, valideynlər hər hansı peşəni öyrətmək və sevdirmək üçün öncə uşağın maraqlarını nəzərə almalıdır.

"Uşaq seçim etməkdə çətinlik çəkəndə, onu psixoloqa aparmaq lazımdır. O zaman psixoloq uşağın maraqlarını suallar vasitəsi ilə öyrənir. Məsələn, mən özüm istəyirdim ki, oğlum güclü olsun, onu karate idman növünə yazdırdım. Amma oğlum 2 ay getdi və marağı olmadığı üçün məşqləri dayandırdı. Amma sonradan saz alətində çalmaq istəyini bildirdi. Mən də valideyn olaraq sazı övladım üçün aldım. İndi daha çox həvəslə saz alətində ifa edir" — deyə Alışov bildirib.

Təşkilat sədri qeyd edib ki, valideynlərin bəziləri uşaqlar üzərində hökm etməyi sevirlər. Bu isə doğru deyil: "Onlar övladına düzgün yol göstərdiyini düşünürlər, amma əksinə uşaqlara psixoloji təzyiq göstərirlər və böyüyəndə azad qərar vermək xüsusiyyətindən övladlarını məhrum edirlər. Bu gün əksər valideynlər mütləq maarifləndirilməlidir ki, belə səhvlərə yol verməsinlər".

Xəbər lenti
0