BAKI, 26 yan — Sputnik. Qadın həndbolçulardan ibarət ABU klubunun adı dəyişdirilib.
Sputnik Azərbaycan-ın Apasport-a istinadən verdiyi məlumata görə, 2001-ci ildən fəaliyyət göstərən Bakı təmsilçisi bundan sonra “Azəryol” adı altında çıxış edəcək.
Buna səbəb Azərbaycan Həndbol Federasiyasında prezident postuna yeni rəhbərliyin gəlməsidi. Belə ki, bu vəzifədə Heydər Babayevi “Azəryolservis” ASC-nin sədri Saleh Məmmədov əvəzlədiyindən ad dəyişikliyi də zəruri olub.
“Challenge Cup”da da mübarizə aparan Azərbaycanın ən titullu komandası növbəti mövsümdən beynəlxalq arenaya yeni adla çıxacaq. Onları 1/8 finalda Polşanın “Kram Start Elblaq” komandası ilə oyuna isə Rəfiqə Şabanova hazırlayacaq. Avrokubokların daimi iştirakçısı olan komanda ABU adı altında son oyunlarını fevralda keçirəcək. Əgər onlar mərhələ adlayarsa, yenə də ad dəyişməz qalacaq.
Qeyd edək ki, qadın voleybolçulardan ibarət “Azəryol” klubu isə yeni mövsümdən yeni adla oynayacaq.