BAKI, 25 yan – Sputnik. "Fənərbağça" klubunun idarəçiləri uzun illər "Milan" və "Barcelona" futbol klublarının formasını geymiş, hazırda isə "Antalyaspor"da top qovan kamerunlu ulduz oyunçu Samuel Etonu heyətinə qatmağa hazırlaşırlar.
Sputnik Azərbaycan “Fotomaç”-a istinadən xəbər verir ki, "Fənərbağça" klubu transfer qarşılığında "Antalyaspor"a 3 milyon avro+futbolçu təklif edib.
Məlumata görə, qarşı tərəf "Fənərbağça"nın təklifinə müsbət yanaşıb. Yaxın günlərdə bu transferin gerçəkləşəcəyi gözlənilir.