CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Əvvəllər içdiyimiz su xəstəlik mənbəyi idi..."

© Sputnik / Irade JELILSalyan rayonunun Şəkərli kəndində bulaq
Salyan rayonunun Şəkərli kəndində bulaq - Sputnik Azərbaycan
Abunə olmaq
Salyan və Neftçala rayonlarında sutəmizləyici qurğular quraşdırılması sakinləri ağ günə çıxarıb

Mətbəxdə su kranı. Arxiv şəkli - Sputnik Azərbaycan
Bakının bəzi ərazilərində içməli su problemi yaşanacaq
BAKI, 25 yan — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən ölkənin 24 rayonunun 384 yaşayış məntəqəsində quraşdırılan 376 ədəd modul tipli sutəmizləyici qurğulardan əhaliyə standartlara uyğun içməli su verilir. Ötən gün nazirliyin təşkilatçılığı ilə Salyan rayonunun Şəkərli, Çuxanlı, Qardili kəndlərində və Neftçala rayonunun Xıllı kəndində modul tipli sutəmizləyici qurğuların fəaliyyəti və sakinlərin içməli su təminatının vəziyyəti ilə yaxından tanış olduq. 

Yolüstü Şirvan su kollektoruna da baş çəkdik. Burada hər gün 5000 kub su suvarma məqsədi ilə duzsuzlaşdırılır. Bu sudan ətrafda salınmış 450 ha yaşıllıq ərazinin suvarılması üçün istifadə edilir. ETSN Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin sədri Ramik Əşrəfovun sözlərinə görə, gələcəkdə ehtiyac olarsa, son proseslərdən keçirilməklə, bundan içməli su kimi də istifadə edilə bilər.

© Sputnik / Irade JELILBəyməmməd Səlimov
Bəyməmməd Səlimov - Sputnik Azərbaycan
Bəyməmməd Səlimov

Salyan rayon Şəkərli kənd bələdiyyəsinin sədr müavini Bəyməmməd Səlimovun sözlərinə görə, əvvəllər su hovuzlara yığılır və duruldularaq ondan istifadə edilirdi: "Bu gün Şəkərlinin bütün əhalisi bu sudan istifadə edir. Su gündə 3 dəfə 2 saat müddətinə verilir. Suyun təmizlənməsi zamanı mikrobların olmaması üçün bir neçə maddə əlavə edilir. Şəkərli kəndində 2600 sakin var. Bu gün 29 bulaq əhalini su ilə təmin edir. Əvvəllər içməli su kimi Kür çayından istifadə edirdik. Həmin suyu evdə duruldub içirdik. Bu da müəyyən xəstəliklərə səbəb olurdu. Bu suda bioloji təmizləmə aparılır. İndi bu suyu qaynadılmamış içəndə belə heç bir xəstəlik yaratmır".

© Sputnik / Irade JELILSalyan rayon Qaradilli kəndindəki modul tipli sutəmizləyici qurğu
Salyan rayon Qaradilli kəndindəki modul tipli sutəmizləyici qurğu - Sputnik Azərbaycan
Salyan rayon Qaradilli kəndindəki modul tipli sutəmizləyici qurğu

B. Səlimov bildirir ki, kanalda su olmasa da, burada xüsusi çənlər var ki, su ora toplanır: "Həmin çənlərin suyundan əhaliyə verilir. Yəni kənd sakinləri daha su korluğu çəkmirlər".

Kənd sakinləri də kəndə içməli suyun çəkilməsindən məmnundurlar. 80 yaşlı kənd sakini Gülbacı Babayevanın sözlərinə görə, uzun illər içməli su kimi lilli sudan istifadə ediblər: "Amma kəndə bulaqlar çəkiləndən sonra canımız rahatlıq tapıb. O gün eşidirəm, deyirlər ki, guya bizim suyumuz bulanıqdır, içilməli deyil. Vallah yalan deyirlər, bala. İndi təmiz su içirik. Gəlinim də gətirir, mən də. Deyirəm bu təmiz su mənim ömrümü uzadar. Allah hamıdan razı olsun".

"Suyun lilini təmizləmək çətinlik yaradırdı"

Daha sonra Salyanın və Neftçalanın kəndlərində modul tipli sutəmizləyici qurğularla bağlı sakinlərlə söhbətləşdik. Salyan rayon Qardili kənd sakini Canatova Nazirə deyir ki, modul tipli sutəmizləyici qurğular istifadəyə verildikdən sonra kəndlilərin içməli su problemi həll olunub.

© Sputnik / Irade JELILQabaqlar Şəkərli kəndinin sakinləri xəstəliklər mənbəyi olan kanalın suyundan istifadə etməyə məcbur idilər.
Qabaqlar Şəkərli kəndinin sakinləri xəstəliklər mənbəyi olan kanalın suyundan istifadə etməyə məcbur idilər. - Sputnik Azərbaycan
Qabaqlar Şəkərli kəndinin sakinləri xəstəliklər mənbəyi olan kanalın suyundan istifadə etməyə məcbur idilər.

Həmin rayonun Çuxanlı kənd sakinləri Gülzar və Bilqeyis Nağıyevalar da söhbət zamanı bildirdilər ki, əvvəllər su götürmək üçün uzaq məsafələrə gediblər. Modul tipli sutəmizləyici qurğuların istifadəsindən sonra kəndlilərin su problemi həllini tapıb.

"İndi bizim üçün qısa məsafədən keyfiyyətli su əldə etmək imkanı yaradılıb. Bundan əvvəl Kür çayından götürülən suyun lilini təmizləmək çətinlik yaradırdı. Ancaq indi bu problem aradan qaldırılıb. Nəhəng bir nailiyyətdir, ölkə başçısının qayğısının göstəricisidir. Ölkə prezidentinə səmimi qəlbdən öz təşəkkürümüzü bildiririk" — sakinlər bildirdilər.

Neftçalanın Xıllı kənd sakini İradə Nailova bildirir ki, bu vaxta qədər kanaldan götürdükləri çirkli su xəstəlik mənbəyi olub. Bu sulardan sakinlərlə yanaşı, uşaq bağçaları və məktəblər istifadə edib: "Ancaq indi uşaqlarımız da, özümüz də təmiz su ilə təmin olunmuşuq".

Xıllı Bələdiyyəsinin sədri Muxtar Rəsulovun sözlərinə görə, bu kənddə quraşdırılan qurğu vasitəsilə 25 bulağa su ötürülür: "4200 nəfərə yaxın qəsəbə sakini bu sudan istifadə edir. Hətta rayon mərkəzlərindən gələrək bizim kənddən içməli, təmiz su götürürlər".

© Sputnik / Irade JELILYeni modul quraşdırıldıqdan sonra Şəkərli camaatı artıq təmiz sudan rahatlıqla istifadə edə bilir.
Yeni modul quraşdırıldıqdan sonra Şəkərli camaatı artıq təmiz sudan rahatlıqla istifadə edə bilir. - Sputnik Azərbaycan
Yeni modul quraşdırıldıqdan sonra Şəkərli camaatı artıq təmiz sudan rahatlıqla istifadə edə bilir.

Dəfələrlə kənd sakinləri adından Prezidentə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təşəkkür məktubları göndərilib.

"Sutəmizləyici qurğuların fəaliyyəti və suyun keyfiyyəti barədə şikayət yoxdur"

© Sputnik / Irade JELILRamik Əşrəfov
Ramik Əşrəfov - Sputnik Azərbaycan
Ramik Əşrəfov

Ramik Əşrəfovun sözlərinə görə, əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılmasına dair Azərbaycan Respublikası Prezidentinin 2007, 2008, 2009, 2011 və 2015-ci il tarixli sərəncamlarına əsasən, ETSN tərəfindən 2007-ci ildən 2016-cı ilədək olan müddət ərzində ölkənin 24 rayonunun 384 yaşayış məntəqəsində 376 ədəd modul tipli sutəmizləyici qurğu quraşdırılıb, 6143 ədəd su paylayıcı məntəqə, yəni bulaq tikilərək əhalinin istifadəsinə verilib. İstifadəyə verilmiş 376 ədəd modul tipli su təmizləyici qurğu vasitəsilə hazırda 622 min 966 nəfərdən çox əhali Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunur.

"Yaşayış məntəqələrinin sakinləri, yerli bələdiyyələr əhalinin içməli su təchizatının yaxşılaşdırılması sahəsində həyata keçirilən dövlət siyasətindən məmnundurlar. Sutəmizləyici qurğuların fəaliyyəti və suyun keyfiyyəti barədə də şikayət yoxdur. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən mütəmadi olaraq suyun keyfiyyəti yoxlanılır" — Əşrəfov bildirib.

© Sputnik / Irade JELILNazirliyin əməkdaşları təmizlənmiş suyu bir daha analizdən keçirirlər.
Nazirliyin əməkdaşları təmizlənmiş suyu bir daha analizdən keçirirlər. - Sputnik Azərbaycan
Nazirliyin əməkdaşları təmizlənmiş suyu bir daha analizdən keçirirlər.

Əlavə edib ki, istismara verilmiş modul tipli sutəmizləyici qurğuların sanitariya-gigiyenik və sanitariya-epidemioloji vəziyyətinin yoxlanılması məqsədilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə sonuncu dəfə 2016-cı ilin noyabr ayında rəsmi müraciət edilib və Mərkəz tərəfindən bütün qurğulardan su nümunələri götürülüb, labarator analizlər aparılıb. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən "sutəmizləyici qurğuların sanitariya-gigiyenik və sanitariya-epidemioloji tələblərə uyğun olması" barədə 28 noyabr 2016-cı il tarixdə cavab məktubu göndərilib: "Yəni, su qurğularında istismar prosesi də, əhaliyə verilən içməli suyun keyfiyyəti də standartlar və normalar çərçivəsindədir. Amma bəzilərinin bu su qurğularından verilən suyun keyfiyyəti barədə yanlış məlumat yaymasının səbəbi anlaşılan deyil".

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan
Su təchizatı ilə bağlı qanuna dəyişiklik edildi - Prezident sərəncamı

R. Əşrəfovun bildirdiyinə görə, perspektiv plan üçün 345 kənd müəyyənləşdirilib: "Həmin kəndlərdə mərhələlər üzrə modultipli sutəmizləyici qurğular quraşdırılacaq. 2017-ci ildə nəzərdə tutulub ki, 50 kənddə qurğular quraşdırılsın. Artıq layihə smeta sənədləri hazırlanıb və aidiyyatı üzrə təqdim edilib".

İddia təsdiqini tapmadı

Sədr qeyd edir ki, Kür və Araz çayları qonşu ölkələrin ərazisində normadan qat-qat çox kimyəvi və bioloji çirklənməyə məruz qalıb: "Bizim, əsasən Kür-Araz çayları boyunca yaşayan vətəndaşlarımız həmin çayın suyunu götürüb sadə qaydada, bulanıqlığını aradan qaldırdıqdan sonra istifadə edirdilər. Prezidentin tapşırığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən çox vacib olan kəndləri seçdi, həmin kəndlərdə də qurğular quraşdırıldı. Dəfələrlə qurğularda aparılmış monitorinqlər və analizlər nəticəsində qurğuların istehsal etdiyi suyun norma daxilində olduğu müəyyən edilib".

Əşrəfov qeyd edir ki, bəzi təşkilatlar və şəxslərin qurğulardakı müəyyən nasazlıqlar və ya müəyyən nöqsanlar barədə verdiyi bəyanatlar əsassızdır: "İstənilən zaman istənilən qurğudan analiz götürərək müəyyən etmək olar ki, qurğuların təmizlədiyi su içmək üçün bütün parametrlərə cavab verir".

Daha sonra laboratoriya analizlərinin aparılması üçün bulaqlardan su götürüldü. Nəticələrə görə suyun keyfiyyəti standartalara cavab verirdi.

"Qlobal Eko" qeyri-hökumət təşkilatının sədri Vəfadar İsmayılov bildirir ki, vətəndaş cəmiyyətinin nümayəndələri olaraq qurğuların vəziyyəti ilə bağlı alternativ müşahidələr aparırlar: "Müşahidələrin nəticələri barədə lazımi orqanlara məlumat veririk. Vəziyyət normaldır. Amma bəzən təəssüf ki, bəziləri yanlış məlumatlarla adamları çaşdırırlar. Belə həssas məsələlərdə hesab edirəm ki, tam olaraq dəqiqlik olmalıdır".

Qeyd edək ki, bu yaxınlarda sutəmizləyici qurğularda qüsurlar olduğuna dair məlumat yayılmışdı. Lakin apardığımız müşahidələr və sakinlərin açıqlamaları bu iddianın yanlış olduğunu ortaya çıxardı.

Xəbər lenti
0