BAKI, 29 avq — Sputnik. Bakı şəhəri Yasamal rayonu ərazisində yeni çəkilmiş magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar, sabah bəzi ərazilərdə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə Sputnik-ə "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Həmin ərazilər C.Hacıbəyli, Ü.Bünyadzadə, Dəmirçizadə, F.Əsədov, C.Zeynalov, Q.Pirimov, Mərdanov qardaşları, S.Vurğun küçələrindən ibarətdir. Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.