Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

"Psixoloji yardım haqqında" qanun layihəsi hazırdır

© Photo : APAƏhliman Əmiraslanov, Milli Məclisin deputatı
Əhliman Əmiraslanov, Milli Məclisin deputatı - Sputnik Azərbaycan
Abunə olmaq
Əhliman Əmiraslanov: "Cəmiyyət bunu gözləyir və bəlkə də gecikmişik"

BAKI, 18 yan — Sputnik. Bu gün Milli Məclisin Səhiyyə komitəsinin 2017-ci il yaz sessiyasının ilk iclası keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, iclasda 2016-cı il payız sessiyası dövründə görülən işlər üzrə hesabata və 2017-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planına baxılıb.

Hadı Rəcəbli, Milli Məclisin Komitə sədri - Sputnik Azərbaycan
CƏMİYYƏT
Uşaqlarla bağlı yeni qanun layihəsi hazırlanır

Komitə sədri Əhliman Əmiraslanov deyib ki, payız sessiyasında 8 məsələyə baxılıb və bunun 7-si qanun layihəsidir. Qanun layihələrindən 6-sı plenar iclasa təqdim olunaraq təsdiqlənib.

Qeyd edilib ki, ötən sessiyada bioloji aktiv maddələrin dərman vasitələrindən ayrılması ilə bağlı edilən dəyişikliklər mühüm əhəmiyyət daşıyır. Vurğulanıb ki, "Psixoloji yardım haqqında" qanun layihəsi artıq hazırdır və qısa vaxtda plenar iclasa tövsiyə olunacaq.

"Cəmiyyət bunu gözləyir və bəlkə də gecikmişik" — Əmiraslanov bildirib.

O, əlavə edib ki, gözün buynuz qişasının ölkəyə gətirilməsi ilə bağlı müəyyən problemlər var və bu məsələ müzakirə ediləcək: "Reproduktiv sağlamlıq haqqında qanun layihəsi də hazırdır. Yaxın zamanda buna qayıdıb müzakirə edəcəyik və plenar iclasa tövsiyə edəcəyik".

Xəbər lenti
0