BAKI, 17 yan — Sputnik. Brumadan sonra Qari Rodriqezi də heyətinə qatan Türkiyənin "Galatasaray" futbol klubu, daha bir hay-küylü transferə imza atmaq üzrədir. Sputnik Milliyet-ə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Jan Raykerinq, klub rəhbərliyinə sürətli hücumçuya ehtiyac olduğunu bildirib.
Məşqçinin təlimatı əsasında hərəkətə keçən menecerlər, ötən il Çinin "Beijing" klubuna satılan keçmiş "galatasaraylı" Burak Yılmazla danışıq aparırlar. İddiaya görə, futbolçu özü də yenidən keçmiş komandasına qayıtmaq arzusunda olduğunu söyləyib.