Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Bakıda günəşli İtaliyadan bir parça: pitsanın hazırlanma qaydası

Abunə olmaq
Pitsa dünyanın ən populyar yeməklərindən biridir və onu sevməyən insan tapmaq çətindir. Əsl italyan pitsasının hazırlanma qaydasına Sputnik-in videosunda baxın.

"Palermo" pitsasının reseptini Sputnik-ə italyan mətbəxinin bilicilərinin sevimli məkanına çevrilən Bella Pizza təqdim edib.

Mütəxəssis Taleh Əlimərdanovun sözlərinə görə, dadlı pitsanın hazırlanmasının sirri xəmirin düzgün hazırlanmasında gizlənir.

"Mən həmişə deyirəm: əsl pitsanı hazırlamaq üçün onun əsası — xəmiri üzərində zəhmət çəkmək lazımdır. Baxmayaraq ki, çoxları xəmirin qalın və doyumlu olmasını arzulayır, İtalyan pitsası nazik xəmirlə hazırlanmalıdır" — deyə Əlimərdanov bildirir.

Əsl italyan pitsası üçün tomat pastası və ya ketçupdan xüsusi sous hazırlamaq lazımdır. Bəzən xanımlar bunu ev şəraitində hazırlasalar da, düzgün bacarmırlar.

İnqridiyentlər:

Kremli sous (pitsaçının xüsusi resepti)
Parmezan
Pepperoni kolbasası
Motsarella pendiri
Marinə edilmiş xiyar
Qırmızı soğan
Kəklikotu

Xəmir:

Un — 2,5 stəkan
Zeytun yağı — 2 xörək qaşığı
Quru maya — 2 çay qaşığı
Duz — 1/2 çay qaşığı
İsti su — 1 stəkan

Xəmiri yoğururuq və dincəlməyə qoyuruq. Sonra onu kündələyərək 30 sm diametrə qədər yayırıq. Xəmiri tərs üzünə çevirir, üzərinə pitsa inqridiyentlərini düzürük. Bundan sonra onu bişmək üçün 3-4 dəqiqə (ev şəraitində bir qədər çox, qızarana qədər) ərzində sobaya qoyuruq.

Mütəxəssisin sözlərinə görə, ev şəraitində ideal italyan pitsasını hazırlamaq mümkün deyil, amma ideala yaxın etmək mümkündür. Əsl pitsa yumşaq, nazik, şirəli və azca xırtıldayan olmalıdır.

Nuş olsun!

Xəbər lenti
0