CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu təvəllüdlü insanlarla bağlı qorxunc iddia

CC0 / WenPhotos / manYumruğu ilə şüşəni qıran adam, arxiv şəkli
Yumruğu ilə şüşəni qıran adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Ailələrdə uşaqlara qarşı aqressiya artdıqca, uşaqlar da bu psixoloji haldan "qidalanıb" valideynlərinə qarşı aqressiv davranacaqlar"

BAKI, 17 yan — Sputnik. "Oğul atasını öldürdü", "Ata övladını qətlə yetirdi", "Kişi həyat yoldaşının başını kəsdi", "8 nəfər bir nəfəri döyərək öldürdü", "Ata qızlarını zəncirləyib 8 il tövlədə saxladı", "Ər 17 yaşlı arvadını baltaladı"…

Mətbuatın işıqlandırdığı bu hadisələrin siyahısını istənilən qədər uzatmaq olar. Etiraf etməliyik ki, son zamanlar cəmiyyətdə insanların bir-birinə qarşı aqressivliyi xeyli artıb. Hamı "mən deyən olmalıdır" fikri ilə hərəkət edir. Heç kim qarşısındakına dinləmək üçün şans vermir. Hamı döyür, öldürür, güclü olduğunu sübut etməyə çalışır.

© Sputnik / Irade JELILPsixoloq Fərqanə Mehmanqızı
Psixoloq Fərqanə Mehmanqızı  - Sputnik Azərbaycan
Psixoloq Fərqanə Mehmanqızı

Küçədə, nəqliyyatda, parkda insanların üzünə nəzər yetirəndə hər kəs çox əsəbi, aqressiv, hüznlü, kədərli görünür. Nədir insanları bu qədər aqressivləşdirən? Nədir üzümüzdən sevinc hissini yox edən?

Psixoloq Fərqanə Mehmanqızı hesab edir ki, insanların aqressiyasının daha dərinliyində yatan və onların həyatını zəhərləyən səbəblər var: "Həyatlar, talelər müxtəlifdir. Ancaq siz özünüz də bir diqqət edin — daha aqressiv insanlar hansı dövrün insanlarıdır? Mənim müşahidələrimə görə, bu gün ağır depressiya yaşayan insanların çoxunun uşaqlığı və yeniyetməliyi ötən əsrin 90-95-ci illərinə təsadüf edir. O illərin ağırlığı bu gün cəmiyyətdə irinləmiş yara kimi yaşanır. O illərin cəmiyyətə atdığı toxumlar bu gün cücərir".

Psixoloq qeyd edir ki, bu aqressiya özünü daha çox ailə münasibətlərində göstərir: "Çünki insanlar bu psixoloji halla mübarizə aparmaq əvəzinə, "mən beləyəm" deyə özlərinə haqq qazandırırlar. Belə depressiyalar zamanı sinirlər daha tez anlaqsız vəziyyətə düşə bilir. Anlaqsız vəziyyətdə isə insan həm özünə, həm də ətrafına geri dönüşü olmayan xəta yetirə bilər".

"Ailələrdə uşaqlara qarşı aqressiya artdıqca, uşaqlar da bu psixoloji haldan "qidalanıb" valideynlərinə qarşı aqressiv davranacaqlar. Bir misal var: "nə tökərsən aşına, o da çıxar qaşığına". Uşaqla necə davranacaqsansa, o da səninlə eyni cür davranacaq. Valideynlər bunu başa düşməlidirlər. Bu gün valideynlərinə qarşı aqressiv davranan, cinayət işlədən uşaqlar vaxtilə valideynlərindən aqressiya, zorakılıq görmüş uşaqlardır" — mütəxəssis qeyd edir.

İntihar - Sputnik Azərbaycan
HADİSƏ
Depressiyaya düşən kişi anasına şok yaşatdı

O, mühüm bir məqama toxunur: "Təsəvvür edin ki, nəqliyyatda, küçədə aqressiya nümayiş etdirən insan öz ailəsində necə aqressiv davranır. Onların aqressiyası isə birbaşa uşaqlara təsir edir. Bizim cəmiyyətin aldığı travmalardan biri də şəxsiyyət əzilmişliyi, özünəinamsızlıqdır. Bu, artıq xəstəliyə çevrilib və miqyası surətlə artır".

F. Mehmanqızının fikrincə, bu xəstəlik ilk əlamətlərini ailədə göstərir: "İnsanlar hər an sübut etməyə çalışırlar ki, "mən varam". Bu "varlığı" qarşı tərəfə də qəbul etdirməyə çalışırlar. Lakin artıq xəstəlik halına gəldiyi üçün, düzgün istiqamət seçə bilmirlər. Qarşı tərəfdən bu "varlığa" qarşı itaətsizlik görəndə isə vəhşiləşmə prosesi başlayır. Belə şəxslər eqolarını qorumaq üçün cinayətə belə, əl atırlar. Bu addımla da özlərini təsdiq etdiklərini düşünürlər. "Mənim dediyimi etmədi, öldürdüm" deyə özlərinə bəraət qazandırmağa çalışırlar. Əslində isə onlar özlərini təsdiq edə bilmədikəri üçün qarşılarındakı insana qarşı zorakılıq nümayiş etdirirlər".

Cinayətkarların çoxunun psixoloji baxımdan zəif insan olduğunu qeyd edən psixoloqun qənaətincə, hətta ən qatı cinayətkarların belə, şüuraltında acizlik, özünəinamsızlıq yatır: "Ailədə qadına və uşaqlara qarşı zorakılıq halları artıb. Burada bir az cəmiyyətin də günahı var. "Kişiyə olar" düşüncəsi bu gün ailələrdə qadınların öldürülməsinə səbəb olur. Nə qədər ailədə "kişiyə olar" düşüncəsi ilə öldürülən qadın olduğunu bilirsinizmi?".

"Bu gün cəmiyyətdə cinayətlərin baş verməsində bütün problemlərin "töhfəsi" var. Yəni maddi-iqtisadi vəziyyət, ailə münasibətləri, düzgün tərbiyə verməmək, işdə, nəqliyyatda, evdə rast gəlinən aqressiya… Hamısı öz rolunu oynayır. Amma mən yenidən buna toxunmaq istəmirəm. Çünki bunlar artıq şablon hal alıb. Eyni fikri insanlara eyni baxışdan dəfələrlə çatdırmağa qarşıyam. Çünki kütlə eyni sözə adaptasiya olunduğundan, sonra reaksiya vermək hissini itirir. İnsan qarşılaşdığı hala qarşı laqeyidləşir" — ekspert vurğulayır.

Xəbər lenti
0